Ağdamda 3 bacını maşın vurdu
19 İyun 2026, 19:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
97
19.06.2026, 17:48
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin iyunun 14-də Ermənistanın Dilican şəhərinə getməsi neçə gündür qonşu ölkənin mətbuatında müzakirə olunmaqdadır. Xatırladaq ki, Dilicanda Hikmət Hacıyev ilə Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib, tərəflər arasında sülh gündəliyi ilə bağlı bir sıra məsələlər müzakirə edilib.
Oxu24.com xəbər verir ki, Ermənistan mətbuatı Hikmət Hacıyevin 1992-1994-cü illər müharibəsindən sonra Dilicana səfər edən ilk yüksək vəzifəli Azərbaycan rəsmisinin olmadığını yazıb.
“Hraparak” qəzetindəki məqalədə qeyd edilib ki, Dilicana ilk səfər edən yüksək vəzifəli Azərbaycan rəsmisi 1998-ci ildən 2013-cü ilə qədər təhsil naziri işləmiş Misir Mərdanov olub.
Misir Mərdanov haqqında deyilir ki, o, 3 oktyabr 1946-cı ildə Dilican rayonunun Göyərçin kəndində anadan olub. 1950-ci illərdə həmin yaşayış məntəqəsi ləğv olunub və Dilican rayonunun yaxınlıqdakı Salah kəndinə birləşdirilib.
“Hraparak” qəzeti yazır ki, 90-cı illərin sonları – 2000-ci illərin əvvələrində M.Mərdanov təhsil naziri kimi hansısa beynəlxalq konfransda iştirak etmək üçün İrəvana səfər edib və orada Dilicandakı ata evini görmək istədiyini bildirib. Ermənistan rəhbərliyi ona bu şəraiti yaradıb.
“Hraparak” Misir Mərdanovun ata evinin olduğu Salah kəndini “Ağavnavank” adı ilə təqdim edib.
Qəzet yazır ki, kəndin erməni sakinləri xatırlayırlar ki, Mərdanov Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə ora səfər edib. Həmin vaxt Misir Mərdanovu bir rusdilli jurnalist də müşayiət edib. Orada Misir Mərdanova məlum olub ki, onun ata evində Azərbaycanın keçmiş Xanlar rayonundan (indiki Göygöl) köçüb gələn Qriqor Qabrielyan ad-soyadlı yaşlı erməni öz arvadı ilə yaşayır.
Qeyd edilir ki, ermənilər qonaqlar üçün yaxşı süfrə açıblar.
“Misir Mərdanov ata evində belə qonaqpərvər, mehriban insanların yaşamasından məmnunluğunu ifadə edib”, - deyə məqalədə qeyd olunub.
Həmin vaxt Misir Mərdanov kəndinin icma rəhbəri Qriqor Xocayana bir xahişlə müraciət edib. Bu müraciət Misir Mərdanovun atası Cümayıl Mərdanovun xahişi olub. Belə ki, atası oğluna verdiyi torbanı bağlarından iki ovuc torpaqla doldurub gətirməyi xahiş edibmiş. Misir Mərdanovun xahişi yerinə yetirilib.
Məqalədə xatırladılıb ki, Misir Mərdanovun atası Cümayıl Mərdanov vaxtilə Salah kolxozunun sədri vəzifəsində işləyib.
Misir Mərdanov kənddə olarkən məktəbə və digər yerlərə də baş çəkib.
Məqalədə yazılır ki, Mərdanovların kənddəki ata evi hələ də digərlərindən seçilir. Onların evi kolxoz sədrinə yaraşan ikimərtəbəli, mavi bəzəkləri olan bir evdir.
“Hraparak”ın məlumatına görə, Misir Mərdanovun ata evində yaşayan Qriqor Qabrielyanın ölümündən sonra onun həyat yoldaşı Alvina Qabrielyan evi 8000 dollara bir İrəvan sakininə satıb. Lakin həmin erməni də evi özündə çox saxlamayıb və onu başqa bir İrəvan sakininə satıb. Sonuncu şəxs isə Mərdanovların evində daimi yaşamır və oradan yay iqamətgahı kimi istifadə edir.
Xatırladaq ki, sabiq təhsil naziri Misir Mərdanov 1964-cü ildə ali məktəbə qəbul olunduqdan sonra Bakıda qalıb yaşayıb. 1981-ci ildə onun valideynləri də Bakıya köçüblər. O, 2000-ci illərin əvvəllərində təhsil naziri kimi Universitetlərarası regional konfransda iştirak etmək üçün öncə Gürcüstana, oradan isə Ermənistana səfər etmişdi. İrəvanda olarkən M.Mərdanov Ermənistan prezidentinə müraciət edərək ata evinə getmək üçün şərait yaradılmasını xahiş etmiş və ona bu imkan yaradılmışdı.
Misir Mərdanov 2024-cü ildə Modern.az saytına verdiyi geniş müsahibədə Qərbi Azərbaycandakı ata evinə getməsindən danışaraq demişdi:
“Mən 2000-ci ilin mayında Salah kəndinə, öz evimizə getmişəm. Hətta evimizdə yaşayan iki qoca erməni ilə oturub bir yerdə çay da içmişdim. Belə bir səfərin baş tutacağı heç ağlıma da gəlməzdi. Orada çox qəribə hisslər keçirmişdim. Həyətimizdə gəzdim, öz əlimlə əkdiyim meyvə ağaclarını gördüm. Bulağa, dədə-babalarımızın qəbiristanlığına getdim. Həyətimizdən bir torba torpaq, bulaqdan da su götürdüm. Oralar tamam dəyişmişdi. Kəndin bütün evlərində deyil, bəzi evlərində yaşlı adamlar yaşayırdı. Əminəm ki, indi üstündən iyirmi ildən çox vaxt keçəndən sonra bizim kənddə heç kim yaşamır”.
Ə.Qafarlı
19:51 / 19 İyun 2026
6
19:39 / 19 İyun 2026
171
19:29 / 19 İyun 2026
53
18:54 / 19 İyun 2026
318
18:49 / 19 İyun 2026
92
18:39 / 19 İyun 2026
86
18:23 / 19 İyun 2026
82
18:06 / 19 İyun 2026
407
17:59 / 19 İyun 2026
55
17:59 / 19 İyun 2026
60
17:41 / 19 İyun 2026
75
17:38 / 19 İyun 2026
87
17:33 / 19 İyun 2026
78
17:28 / 19 İyun 2026
83
17:23 / 19 İyun 2026
108
17:20 / 19 İyun 2026
102
17:20 / 19 İyun 2026
95
17:15 / 19 İyun 2026
99
17:13 / 19 İyun 2026
106
17:06 / 19 İyun 2026
104
17:03 / 19 İyun 2026
89
17:00 / 19 İyun 2026
107
16:55 / 19 İyun 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.