Çəki artımının səbəbi çox yemək deyilmiş: Mütəxəssis açıqladı
19 İyun 2026, 21:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
111
19.06.2026, 17:15
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev iyunun 19-da Kəlbəcər rayonunda vətəndaşları qəbul edib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Oxu24.com-a verilən xəbərə görə, qəbulda Kəlbəcər və Laçın rayonlarının sakinləri iştirak ediblər. Vətəndaşların müraciətlərində, əsasən, qayıdışın qeydiyyatı və təşkili, vahid aylıq müavinət, məşğulluq və digər sosial müdafiə tədbirləri haqqında müraciətlər üstünlük təşkil edib.
Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasının, məşğulluğunun artırılmasının daim prioritet istiqamət olduğu, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi qəbulda iştirak edən vətəndaşlara bir daha xatırladılıb. Qeyd edilib ki, hazırda dövlətimizin başçısının qarşıya qoyduğu ən mühüm vəzifə işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, keçmiş məcburi köçkünlər üçün təhlükəsiz və layiqli həyat şəraitinin yaradılması, onların doğma yurda qayıdışının sürətləndirilməsi, dayanıqlı məskunlaşmanın təmin edilməsidir.
Böyük Qayıdışın uğurla davam etdiyi, mərhələli qaydada aparılan bu prosesdə ilk növbədə müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayan ailələrin köçürülməsinə üstünlük verildiyi diqqətə çatdırılıb.
Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll edilib. Müraciətlərdə vurğulanan digər məsələlərin qısa müddətdə araşdırılacağı, həmçinin aidiyyəti üzrə dövlət qurumlarına çatdırılacağı bildirilib.
21:08 / 19 İyun 2026
1
20:58 / 19 İyun 2026
84
20:56 / 19 İyun 2026
45
20:54 / 19 İyun 2026
19
20:50 / 19 İyun 2026
48
20:35 / 19 İyun 2026
227
20:29 / 19 İyun 2026
59
20:06 / 19 İyun 2026
56
19:51 / 19 İyun 2026
58
19:39 / 19 İyun 2026
330
19:29 / 19 İyun 2026
82
18:54 / 19 İyun 2026
656
18:49 / 19 İyun 2026
103
18:39 / 19 İyun 2026
100
18:23 / 19 İyun 2026
95
18:06 / 19 İyun 2026
500
17:59 / 19 İyun 2026
62
17:59 / 19 İyun 2026
72
17:48 / 19 İyun 2026
105
17:41 / 19 İyun 2026
83
17:38 / 19 İyun 2026
93
17:33 / 19 İyun 2026
82
17:28 / 19 İyun 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.