Qaynar xətt:

(+99450) 247 90 86

Dəmiryol Vağzalının binası əsaslı təmir olunur

Dəmiryol Vağzalının binası əsaslı təmir olunur

CƏMİYYƏT

110

17.06.2026, 13:21

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 124 yaşlı Xaçmaz Dəmiryol Vağzalının binasını əsaslı təmir edir.

Bu barədə Oxu24.com-a ADY-dən məlumat verilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunan binanın orijinal görünüşü saxlanılmaqla kompleks yenidənqurma aparılır.

Qeyd edək ki, Xaçmaz Dəmiryol Vağzalı Bakı-Yalama dəmir yolu xətti üzərində ən mühüm məntəqələrdən biridir.