Niyə əksəriyyətimiz sağaxayıq? Solaxaylığın gizli dünyası və tarixi həqiqətlər
06 İyul 2026, 21:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1772
27.05.2026, 10:45
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ötən gün açıqladığı statistikada Azərbaycanda ən yaşlı seçicinin 136 yaşlı Əzizova Tamara Əli qızı olduğu bildirilib. O, Lənkəran rayonu, 78 saylı DSK, 38 saylı məntəqədə qeydiyyata alınıb. Tamara Əzizovanın 1890-cı ildə Rusiya İmperiyasının Bakı Quberniyasında anadan olub.
Oxu24.com bu mövzuda kiçik araşdırma aparıb və müəyyən edib ki, Tamara Əzizova dünyanın ən yaşlı sakinidir. Belə ki, hazırda dünyanın ən yaşlı sakini britaniyalı Ethel Keterhem hesab olunur. O, İngiltərənin Surrey qraflığında yaşayır və 1909-cu ildə anadan olub. Hazırda onun 116 yaşı var.
Bu isə o deməkdir ki, Azərbaycandakı 136 Tamara Əzizova dünyanın rəsmi şəkildə təsdiqlənmiş ən yaşlı insanıdır və öz "təqibçi"sindən 20 il öndədir.
Beynəlxalq gerontologiya təşkilatları uzunömürlülük məsələsində əsasən Avropa, Qərb ölkələri və Şərqi Asiya dövlətlərindəki məlumatlara üstünlük verirlər. Bunun səbəbi həmin ölkələrdə arxiv sistemlərinin daha erkən formalaşması, doğum qeydiyyatlarının tam aparılması və araşdırma institutlarının bu mövzuda fəal işləməsidir. Yaponiya, Fransa, Böyük Britaniya və ABŞ kimi ölkələrdə uzunömürlü insanlarla bağlı məlumatlar illərlə sənədləşdirilir və beynəlxalq qurumlar tərəfindən yoxlanılır.
Lakin bu, dünyanın digər bölgələrində uzunömürlü insanların olmadığı anlamına gəlmir. Xüsusilə Qafqaz, Mərkəzi və Cənub-Şərqi Asiya ölkələrində, Afrikada və Cənubi Amerikada ucqar bölgələrdə uzunömürlü insanlarla bağlı çoxsaylı məlumatlar mövcuddur. Sadəcə həmin şəxslərin böyük hissəsi beynəlxalq statistikadan kənarda qalır. Bunun əsas səbəbləri köhnə qeydiyyat sistemləri, arxiv çatışmazlığı və beynəlxalq diqqətin əsasən inkişaf etmiş ölkələr üzərində cəmlənməsidir.
Azərbaycan da tarixən uzunömürlülər ölkəsi kimi tanınıb. Lerik, Yardımlı, Lənkəran, Quba-Qusar, Naxçıvan və s. bölgələrdə yaşı 100-ü keçən insanlarla bağlı məlumatlar sovet dövründən bəri tez-tez gündəmə gəlib. Xüsusilə təmiz hava, təbii qidalanma, kənd həyat tərzi və stressin az olması uzunömürlülüyün əsas səbəbləri kimi göstərilir.
Ekspertlər hesab edir ki, 130 yaşdan yuxarı şəxslərlə bağlı məlumatların beynəlxalq səviyyədə təsdiqlənməsi son dərəcə çətin prosesdir. Bunun üçün doğum şəhadətnamələri, dövlət arxivləri, siyahıyaalma sənədləri və insanın həyatının müxtəlif dövrlərinə aid rəsmi qeydlər bir-biri ilə müqayisə edilir. Ən kiçik uyğunsuzluq belə həmin şəxsin rekord kimi tanınmasına mane ola bilir.
Buna görə də Azərbaycanda qeydə alınmış 136 yaşlı Tamara Əzizova ilə bağlı məlumat həm maraq, həm də müzakirə doğurub. Bununla belə, bir məqam diqqətdən yayınmır - dünya uzunömürlülük statistikasında əsas diqqət Avropa, Şimali Amerika və Şərqi Asiya ölkələrinə yönəlsə də, real uzunömürlülərin bir hissəsi illərdir beynəlxalq sistemin diqqətindən kənarda qalır. Tamara Əzizova ilə bağlı məsələ buna ən bariz nümunədir. (Modern.az)
21:23 / 06 İyul 2026
17
21:22 / 06 İyul 2026
222
21:20 / 06 İyul 2026
23
21:17 / 06 İyul 2026
27
20:57 / 06 İyul 2026
48
20:44 / 06 İyul 2026
47
20:38 / 06 İyul 2026
54
20:22 / 06 İyul 2026
74
20:13 / 06 İyul 2026
102
20:06 / 06 İyul 2026
146
19:49 / 06 İyul 2026
138
19:38 / 06 İyul 2026
74
19:21 / 06 İyul 2026
71
19:10 / 06 İyul 2026
72
18:58 / 06 İyul 2026
564
18:57 / 06 İyul 2026
80
18:44 / 06 İyul 2026
73
18:44 / 06 İyul 2026
80
18:36 / 06 İyul 2026
111
18:32 / 06 İyul 2026
93
18:20 / 06 İyul 2026
1014
18:01 / 06 İyul 2026
74
17:43 / 06 İyul 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.