Sumqayıtda 6 maşın toqquşdu - Xəsarət alanlar var
15 Avqust 2026, 08:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
583
26.05.2026, 17:58
Kənd təsərrüfatı keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyur.
Oxu24.com xəbər verir ki bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər aqrar sahənin gələcək inkişaf prioritetlərini və qarşıda duran vəzifələri aydın şəkildə müəyyənləşdirir: “Kənd təsərrüfatının inkişafı Azərbaycanda uzun illərdir həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Dövlət başçısı çıxışında bu məsələyə toxunaraq qeyd edib ki, hələ 2004-cü ildə ilk dəfə prezident vəzifəsinə seçildikdən sonra irəli sürdüyü əsas təşəbbüslərdən biri regional inkişaf proqramı və onun tərkib hissəsi olan kənd təsərrüfatının inkişafı idi. Həmin proqramın prioritet istiqamətlərindən biri kənd təsərrüfatının inkişafı, kənd yerlərində məşğulluğun artırılması və regionların iqtisadi potensialının gücləndirilməsi olub. Prezident bildirib ki, 2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həllinə kömək göstərib. Məhz buna görə də sonrakı illərdə ardıcıl olaraq yeni regional inkişaf proqramları qəbul edilərək həyata keçirilib. Bu proqramlar çərçivəsində elektrik, qaz və su təchizatının yaxşılaşdırılması, meliorasiya sistemlərinin yenilənməsi, fermerlərə dövlət dəstəyinin artırılması və kənd təsərrüfatı infrastrukturunun müasirləşdirilməsi istiqamətində genişmiqyaslı işlər görülüb. Nəticədə regionlarda iqtisadi fəallıq artıb, minlərlə yeni iş yeri yaradılıb, kənd təsərrüfatı məhsullarının istehsalı və ixrac potensialı əhəmiyyətli dərəcədə genişlənib. Möhtərəm Prezidentin bu fikirləri bir daha göstərir ki, Azərbaycanın aqrar sahədə əldə etdiyi nailiyyətlər təsadüfi deyil, uzunmüddətli və ardıcıl dövlət siyasətinin nəticəsidir. Regional inkişaf proqramları vasitəsilə yaradılmış infrastruktur və iqtisadi baza bu gün kənd təsərrüfatının dayanıqlı inkişafına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və regionların sosial rifahının yüksəldilməsinə xidmət edir. Bu siyasət gələcək illərdə də kənd təsərrüfatının modernləşdirilməsi və rəqabət qabiliyyətinin artırılması üçün möhkəm zəmin yaradır”.
Səbinə Salmanova qeyd edib ki, Prezident İlham Əliyev müşavirədə kənd təsərrüfatının inkişafında dövlət dəstəyi mexanizmlərinin, xüsusilə subsidiyaların mühüm rol oynadığını xüsusi vurğulayıb:
“Azərbaycan fermerlərə göstərilən dəstəyin həcmi və müxtəlifliyi baxımından dünyada seçilən ölkələrdən biridir. Bu gün aqrar sektorda tətbiq olunan subsidiya siyasəti kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin stimullaşdırılmasına, onların xərclərinin azaldılmasına və məhsuldarlığın artırılmasına xidmət edir. Bununla yanaşı, hazırda fermerlərə yanacaq və motor yağlarına görə güzəştlər verilir, mineral gübrələrin alınması dövlət tərəfindən subsidiyalaşdırılır, kənd təsərrüfatı texnikasının əldə olunmasına dəstək göstərilir. Bu güzəştlər fermerlərin istehsal xərclərini azaltmaqla yanaşı, onların daha çox məhsul istehsal etməsinə və fəaliyyətlərini genişləndirməsinə imkan yaradır. Prezidentin də qeyd etdiyi kimi, bu cür geniş dəstək mexanizmləri bir çox ölkələrdə mövcud deyil və Azərbaycan bu baxımdan qabaqcıl təcrübəyə malik dövlətlər sırasındadır. Bununla yanaşı, fermerlər yalnız maliyyə dəstəyi ilə deyil, həm də metodiki və texniki tövsiyələrlə təmin olunurlar. Müasir aqrotexniki qaydaların tətbiqi, məhsuldar toxum və tinglərdən istifadə, suvarma texnologiyalarının düzgün qurulması kimi məsələlər üzrə verilən məsləhətlər kənd təsərrüfatında səmərəliliyin artırılmasına mühüm töhfə verir. Aqrar xidmətlərin genişləndirilməsi fermerlərin yeni bilik və bacarıqlara yiyələnməsinə şərait yaradır”.
Deputat vurğulayıb ki, kənd təsərrüfatının inkişafının əsas şərtlərindən biri etibarlı su təminatıdır:
“Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən iri su təsərrüfatı layihələri bu sahədə yeni imkanlar yaradıb. Taxtakörpü, Şəmkirçay və digər su anbarlarının tikintisi, suvarma infrastrukturunun genişləndirilməsi nəticəsində minlərlə hektar torpaq əkin dövriyyəsinə cəlb olunub və fermerlərin imkanları əhəmiyyətli dərəcədə artıb. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda su anbarlarının və kanalların bərpası gələcəyə hesablanmış dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu layihələr yalnız həmin bölgələrin deyil, ətraf rayonların da su təminatını yaxşılaşdıracaq, kənd təsərrüfatının inkişafına yeni imkanlar yaradacaq. Dövlət başçısının su təhlükəsizliyini milli təhlükəsizliyin mühüm elementi kimi qiymətləndirməsi və bu istiqamətdə ardıcıl addımlar atması Azərbaycanın ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, aqrar sektorun dayanıqlı inkişafına və regionların sosial-iqtisadi yüksəlişinə xidmət edir. Bu isə Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və strateji baxışının konkret nəticələrindən biridir”.
Səbinə Salmanova qeyd edib ki, Prezident İlham Əliyevin müşavirədə verdiyi tapşırıqlar və müəyyənləşdirdiyi prioritetlər kənd təsərrüfatının inkişafına göstərilən diqqət və qayğının növbəti təzahürüdür: “Müşavirədə müəyyənləşdirilən hədəflər və verilən tapşırıqlar kənd təsərrüfatının müasir çağırışlara uyğun inkişafını təmin etməklə yanaşı, ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, regionların sosial-iqtisadi tərəqqisinin sürətləndirilməsinə və qeyri-neft sektorunun dayanıqlı inkişafına xidmət edəcək”.
Səbinə Salmanova
09:15 / 15 Avqust 2026
5
08:57 / 15 Avqust 2026
35
00:19 / 15 Avqust 2026
130
23:55 / 14 Avqust 2026
178
23:32 / 14 Avqust 2026
128
23:27 / 14 Avqust 2026
85
23:02 / 14 Avqust 2026
113
22:30 / 14 Avqust 2026
211
22:17 / 14 Avqust 2026
151
21:48 / 14 Avqust 2026
155
21:38 / 14 Avqust 2026
176
21:23 / 14 Avqust 2026
100
21:12 / 14 Avqust 2026
139
21:06 / 14 Avqust 2026
135
20:52 / 14 Avqust 2026
117
20:42 / 14 Avqust 2026
125
20:23 / 14 Avqust 2026
131
20:15 / 14 Avqust 2026
143
19:49 / 14 Avqust 2026
116
19:27 / 14 Avqust 2026
90
19:20 / 14 Avqust 2026
331
19:04 / 14 Avqust 2026
107
18:52 / 14 Avqust 2026
155
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.