4,4% artım olacağı proqnozlaşdırılır
11 Noyabr 2026, 12:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1116
26.05.2026, 17:07
Prezident İlham Əliyev tərəfindən mədəniyyət sahəsi üzrə Dövlət Mükafatına layiq görülən tanınmış xalçaçı-rəssam Eldar Mikayılzadə sevincini Oxu24.com saytı ilə bölüşüb.
O, “Azərbaycan xalçası – ilmələrin rəqsi”, “Xəmsə” silsilələri və “Səmavi dinlər” triptixinə görə Dövlət Mükafatına layiq görülüb.
Sənətkar bildirib ki, bu xəbər onun üçün həm böyük qürur, həm də uzun illərin zəhmətinə verilən yüksək dəyərin göstəricisidir:
“Bu şad xəbəri ilk dəfə sizdən eşitdim. Çox həyəcanlı və qürurluyam. Bu il mənim 70 yaşım tamam olur. Bir insanın ömrünü sənətə, milli mədəniyyətə və dövlətçiliyə xidmətə həsr etməsi, illərlə çəkdiyi zəhmətin dövlət tərəfindən qiymətləndirilməsi böyük xoşbəxtlikdir. Bu, sənətkar üçün ən ali mükafatlardan biridir.
Mən illər boyu Azərbaycan xalça sənətinin yaşadılması, inkişaf etdirilməsi və dünyaya tanıdılması üçün çalışmışam. Xalça bizim milli kimliyimiz, tariximiz və mənəviyyatımızdır. Hər bir ilmədə xalqımızın ruhu, keçmişi və yaddaşı yaşayır. Bu sənətə sevgim uşaqlıqdan başlayıb və ömrümün ən böyük hissəsi bu yaradıcılığa həsr olunub.
Dövlətin sənətkara diqqəti və qayğısı yaradıcı insanı daha da ruhlandırır. Əməyinin qiymətləndirildiyini görmək insana yeni güc verir, onu daha böyük işlər görməyə həvəsləndirir. Mən bunu yalnız özümə verilən mükafat kimi deyil, ümumilikdə Azərbaycan xalça sənətinə verilən yüksək qiymət hesab edirəm.
Bu etimad və diqqət mənim üçün həm böyük sevinc, həm də böyük məsuliyyətdir. Bundan sonra da Azərbaycan mədəniyyətinin inkişafı və milli sənətimizin təbliği üçün çalışmağa davam edəcəyəm.”

Hazırladı: Turan Etibaroğlu
12:54 / 11 Noyabr 2026
1
12:48 / 11 Noyabr 2026
31
12:44 / 11 Noyabr 2026
38
12:35 / 11 Noyabr 2026
89
12:32 / 11 Noyabr 2026
54
12:29 / 11 Noyabr 2026
62
12:24 / 11 Noyabr 2026
270
12:19 / 11 Noyabr 2026
140
12:15 / 11 Noyabr 2026
80
12:09 / 11 Noyabr 2026
73
11:57 / 11 Noyabr 2026
477
11:50 / 11 Noyabr 2026
105
11:49 / 11 Noyabr 2026
142
11:43 / 11 Noyabr 2026
625
11:34 / 11 Noyabr 2026
86
11:32 / 11 Noyabr 2026
137
11:28 / 11 Noyabr 2026
152
11:16 / 11 Noyabr 2026
325
11:13 / 11 Noyabr 2026
86
11:11 / 11 Noyabr 2026
128
11:06 / 11 Noyabr 2026
105
10:56 / 11 Noyabr 2026
447
10:51 / 11 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.