4,4% artım olacağı proqnozlaşdırılır
11 Noyabr 2026, 12:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
535
26.05.2026, 16:05
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Maliyyə icarəsi haqqında" qanun layihəsi III oxunuşda qəbul olunub.
Oxu24.com xəbər verir ki, yeni qanun maliyyə icarəsi fəaliyyətinin inkişafı, təşviqi və iqtisadi artımda rolunun gücləndirilməsi məqsədilə maliyyə icarəsi fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.
Sənəddə "alış qiyməti", "geriyə maliyyə icarəsi", "maliyyə icarəsi", "maliyyə icarəsi alan", "maliyyə icarəsi fəaliyyəti", "maliyyə icarəsi müqaviləsi", "maliyyə icarəsi ödənişləri", "maliyyə icarəsi verən", "mühüm iştirak payı", "satıcı", "ümumi dəyər", "vətəndaş qüsursuzluğu" kimi anlayışlar öz əksini tapıb.
Qanunun tələblərini pozan şəxslər məsuliyyət daşıyırlar.
Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minir. Bundan sonra 9 ay müddətində ölkədə lizinq fəaliyyətini həyata keçirən (o cümlədən hazırda lizinq fəaliyyətini normativ hüquqi aktlara müvafiq olaraq dayandırmış) şəxslər öz fəaliyyətini bu qanunun tələblərinə uyğunlaşdırmalı və müvafiq reyestrə daxil edilmək üçün Azərbaycan Mərkəzi Bankına müraciət etməlidirlər. Həmin müddətdə qanunun tələblərinə əməl etməyən şəxslər yeni maliyyə icarəsi müqavilələri bağlamamalı, mövcud lizinq müqavilələrinin müddətinin uzadılmasına yol verməməli və firma adında "maliyyə icarəsi", "maliyyə lizinqi", "lizinq" sözləri və ya bu sözlərdən ibarət söz birləşməsi olduğu halda, həmin sözlərin adından çıxarılması üçün normativ hüquqi aktlara uyğun olaraq tədbirlər görməlidirlər.
12:54 / 11 Noyabr 2026
1
12:48 / 11 Noyabr 2026
31
12:44 / 11 Noyabr 2026
38
12:35 / 11 Noyabr 2026
89
12:32 / 11 Noyabr 2026
54
12:29 / 11 Noyabr 2026
62
12:24 / 11 Noyabr 2026
270
12:19 / 11 Noyabr 2026
140
12:15 / 11 Noyabr 2026
80
12:09 / 11 Noyabr 2026
73
11:57 / 11 Noyabr 2026
477
11:50 / 11 Noyabr 2026
105
11:49 / 11 Noyabr 2026
142
11:43 / 11 Noyabr 2026
625
11:34 / 11 Noyabr 2026
86
11:32 / 11 Noyabr 2026
137
11:28 / 11 Noyabr 2026
152
11:16 / 11 Noyabr 2026
325
11:13 / 11 Noyabr 2026
86
11:11 / 11 Noyabr 2026
128
11:06 / 11 Noyabr 2026
105
10:56 / 11 Noyabr 2026
447
10:51 / 11 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.