Qaynar xətt:

(+99450) 247 90 86

Baş direktor: Bakıya bunu qeyd etmək üçün gəlmişik 

Baş direktor: Bakıya bunu qeyd etmək üçün gəlmişik 

CƏMİYYƏT

76

18.05.2026, 12:21

Azərbaycan hökumətinə Ümumdünya Şəhər Forumuna ev sahibliyi etdiyinə görə çox minnətdaram.

Oxu24.com  xəbər verir ki, bunu APA-ya Pəncab Mənzil və Şəhərsalma Agentliyinin baş direktoru Xvaca Sikandar Zişan deyib.

O qeyd edib ki, WUF13 çox nüfuzlu tədbir və çox nüfuzlu forumdur:

“Burada biz urbanizasiya problemlərini, xüsusilə iqlim dəyişikliyi və bununla bağlı digər məsələləri müzakirə etmək üçün bütün dünyanı bir araya gətiririk. Hazırda dünyadakı ən böyük aşağı gəlirli, faizsiz mənzil proqramlarından birini həyata keçiririk. Biz bura Pakistanın, xüsusilə Pəncab vilayətinin mənzil sahəsində əldə etdiyi uğuru qeyd etmək üçün gəlmişik”.

O, Bakıya gəldiyi andan etibarən Azərbaycanın memarlığına valeh olduğunu qeyd edib: "Biz çoxlu ortaq mədəni və tarixi dəyərləri paylaşırıq. Artıq bizi ziyarət edən diplomatik nümayəndələrlə danışıqlar aparırıq. Biz memarlıq, şəhərsalma, urban inkişaf və digər bu kimi sahələrdə tərəfdaşlıqları genişləndirməyə ümid edirik. Bu platformadan istifadə edərək Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq”.