Azərbaycan və Ukrayna arasında memorandum imzalandı
07 May 2026, 23:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
146
07.05.2026, 22:49
Gündəlik şəhərdaxili nəqliyyatda, xüsusilə avtobuslarda sərnişin sıxlığının çox olması şəxsi əşyaların unudulması və ya itirilməsi hallarını qaçılmaz edir. Bu hallarla hər birimiz tez-tez qarşılaşırıq. “Durduğum yerdə işə düşmək buna deyirlər” deyib naəlac şəkildə soruşub-soraqlaşırsan. Bəzən itirilmiş əşyanı tapmaq olur, bəzən yox.
Əşya sənin üçün dəyərlidirsə yuxuların ərşə də çəkilə bilər. Belə situasiyalar, əlbəttə ki, vətəndaşlarda narahatlıq yaradır.
Bəs avtobuslarda itirilmiş əşyaların tapılması üçün sərnişinlər nə etməlidir? Kimə, necə müraciət olunmalıdır?
Məsələ ilə bağlı “BakuBus” MMC-yə sorğu ünvanladıq.
Oxu24.com xəbər verir ki qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib: “Avtobuslarda sərnişinlər tərəfindən unudulmuş və ya itirilmiş əşyalara görə şirkət hüquqi məsuliyyət daşımır. Lakin sərnişin məmnuniyyətinin təmin edilməsi və ictimai xidmət prinsipinə uyğun olaraq daxil olan bütün müraciətlər diqqətlə araşdırılır. Mümkün hallarda itirilmiş əşyaların sahiblərinə geri qaytarılması üçün müvafiq tədbirlər görülür.
Həmçinin oxuyun
Əgər “BakuBus” MMC-yə məxsus avtobuslarının birində vətəndaş şəxsi əşyasını itiribsə, o, ad və soyadını, itirilmiş əşyanın qısa təsviri, həmçinin marşrut xəttinin nömrəsi, avtobusun dövlət qeydiyyat nişanını, hadisənin baş verdiyi təxmini tarix və saatı qeyd edərək [email protected] elektron poçt ünvanına göndərməlidir. Bu zaman müraciət qeydiyyata alınır və müvafiq avtobus deposuna yönləndirilir. Əgər əşya tapılarsa, bu barədə vətəndaşla əlaqə saxlanılacaqdır”.
00:25 / 08 May 2026
5
23:52 / 07 May 2026
141
23:27 / 07 May 2026
156
23:07 / 07 May 2026
177
22:46 / 07 May 2026
351
22:39 / 07 May 2026
192
22:33 / 07 May 2026
141
22:10 / 07 May 2026
149
21:54 / 07 May 2026
160
21:43 / 07 May 2026
147
21:29 / 07 May 2026
72
21:16 / 07 May 2026
357
21:05 / 07 May 2026
87
20:54 / 07 May 2026
90
20:43 / 07 May 2026
83
20:40 / 07 May 2026
76
20:26 / 07 May 2026
81
20:11 / 07 May 2026
159
20:09 / 07 May 2026
100
19:59 / 07 May 2026
100
19:50 / 07 May 2026
139
19:45 / 07 May 2026
141
19:39 / 07 May 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.