Azərbaycanda şagirdlərdən müəllimlərə qarşı şok hərəkət - VİDEO
07 May 2026, 21:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
67
07.05.2026, 20:09
Gömrükdən keçdiyi gündən 6 ay müddətində rəsmiləşdirilməmiş nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçməsi ilə bağlı Gömrük Məcəlləsinə edilən dəyişikliyin avtomobil bazarına təsir etməyəcəyini düşünürəm.
Oxu24.com xəbər verir ki, bu sözləri İqtisadiyyat.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.
Onun sözlərinə görə, avtomobili ölkəyə gətirən şəxs onu altı ay ərzində öz adına rahat şəkildə rəsimləşdirə bilər:
Həmçinin oxuyun
“Bu, az müddət deyil. Nəzərə almalıyıq ki, bu qayda təkcə avtomobillərə görə deyil, digər mal və məhsullara da şamil ediləcək. Bu baxımdan hesab edirəm ki, yeni qaydanın avtomobil bazarına, alqı-satqısına təsiri olmayacaq. Əvvəllər bu qayda yox idi deyə, insanlar gətirdikləri mal və məhsulları rəsimləşdirməyə tələsmirdilər. Mallar da uzun müddət anbarda qalırdı. Faktiki olaraq insanlar dövlətin anbarını öz şəxsi mülkləri kimi istifadə və məşğul edirdilər. Bu isə belə olmamalıdır. Altı ayın özü də kifayət qədər böyük müddətdir. Sən altı ay ərzində gətirdiyin məhsulu rəsmiləşdirmirsənsə, buna dövlət nə etməlidir?! Yəni bu qayda təkcə avtomobillərlə bağlı olmadığı üçün avtomobil bazarına da ciddi təsir göstərməyəcək”.
Qeyd edək ki, Gömrük Məcəlləsinə edilən dəyişikliyə əsasən, gömrük sərhədini keçdiyi gündən 6 ay müddətində rəsmiləşdirilməmiş və ya rəsmiləşdirilməsi başa çatmamış mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçiriləcək. Təklif edilən dəyişikliklər Milli Məclisin plenar iclasında müzakirə edilərək birinci oxunuşda qəbul edilib.
21:43 / 07 May 2026
1
21:29 / 07 May 2026
29
21:16 / 07 May 2026
48
21:05 / 07 May 2026
42
20:54 / 07 May 2026
51
20:43 / 07 May 2026
53
20:40 / 07 May 2026
47
20:26 / 07 May 2026
56
20:11 / 07 May 2026
139
19:59 / 07 May 2026
76
19:50 / 07 May 2026
115
19:45 / 07 May 2026
117
19:39 / 07 May 2026
104
19:27 / 07 May 2026
79
19:15 / 07 May 2026
144
19:10 / 07 May 2026
66
19:06 / 07 May 2026
65
18:55 / 07 May 2026
66
18:49 / 07 May 2026
71
18:45 / 07 May 2026
76
18:43 / 07 May 2026
67
18:33 / 07 May 2026
70
18:23 / 07 May 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.