Veteranlara ŞAD XƏBƏR: Müavinətlər artırılacaq?
05 May 2026, 18:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
87
05.05.2026, 17:17
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Nurəli Adil oğlu Yusifbəylinin Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Oxu24.com xəbər verir ki, N.Yusifbəyli 28 mart 1963-cü ildə anadan olub.
O 1980-ci ildə Kiyev Politexnik İnstitutunun (hazırda Kiyev Texniki Akademiyasının) Elektroenergetika fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1986-cı ildə həmin institutu "Elektrik Sistemlərinin Kibernetikası" ixtisası üzrə bitirmişdir.
1986–1989-cu illərdə Sumqayıt 1 saylı İstilik Enerji Mərkəzində elektrik montyoru, elektrik sexinin və elektrik stansiyanın növbə rəisi vəzifələrində, 1989–1993-cü illərdə "Azərenerji" Dövlət Şirkətində Dispetçer, Böyük Dispetçer vəzifələrində çalışmışdır. 1993–2001-ci illərdə "Azərenerji" ASC Mərkəzi Dispetçer Xidmətinin rəisi, Baş dispetçer, Baş mühəndisin müavini vəzifələrində, 2001–2002-ci illərdə "Azərenerji" ASC "Enerjinin ötürülməsi" İstehsalat Birliyinin Baş Direktorunun müavini vəzifəsində çalışmışdır. 2002–2009-cu illərdə "Azərenerji" ASC Mərkəzi Dispetçer İdarəsinin rəisi, 2009–2012-ci illərdə "Azərenerji" ASC "Azərbaycan Elmi–Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu"nun direktoru vəzifələrində çalışmışdır. Bu müddət ərzində Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın "05.14.02 – Elektrik stansiyaları və elektroenergetika sistemləri" ixtisası üzrə İxtisaslaşdırılmış Dissertasiya Şurasının Sədri olmuşdur.
Bundan başqa, 2012-ci ildən Azərbaycan Respublikası İqtisadiyat və Sənaye Nazirliyinin baş məsləhətçisi, nazirin müşaviri, 2014-cü ildən Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Strateji planlaşdırma şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
N.Yusifbəyli 2015-ci il 13 mart tarixindən Azərbaycan Respublikası Prezidentinin 11101 nömrəli Sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 sentyabr tarixli 1159 nömrəli Sərəncamı ilə vəzifəsindən azad edilmişdir.
Azərbaycan Respublikası təhsil nazirinin K-44 nömrəli əmri ilə 2021-ci ilin 18 yanvar tarixindən AzTU-nun Tədris işləri üzrə prorektoru təyin olunub.
MDB üzv ölkələri Elektroenergetika Şurası Prezidentinin 20 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə "MDB-nin Əməkdar energetiki" fəxri adına layiq görülmüşdür.
Həmçinin Azərbaycan Respublikasının Prezidentinin 2005-ci il 19 oktyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adına, Azərbaycanın elektroenergetika sisteminin fəaliyyətinin və inkişafının elmi və layihə məsələlərinin tətbiqinin təkmilləşdirilməsində fəaliyyətinə görə 2011-ci ildə "Qızıl Buta" mükafatına, Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2014-cü il Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adına layiq görülüb.
Həmçinin oxuyun
Bundan başqa, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyi ilə birgə təşkil olunan İnnovasiya Müsabiqəsində II yerə layiq görülmüşdür. FAO-nun qiymətləndirməsinə əsasən I yerə layiq görülmüşdür.
1990–1994-cü il Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunun aspiranturasını bitirmişdir. 1997-ci il "Mürəkkəb EES-də TAT qurğusunun qoyuluş qiymətlərinin tənzimlənməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, 2004-cü ildə isə "Dispetçer İdarəçiliyinin yeni şəraitdə fəaliyyətinin nəzəri-metodik əsasları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Texnika elmləri doktoru, professordur, 8 kitab, 4 müəlliflik şəhadətnaməsi, 1 dərs vəsaiti, 3 patent, 3 Azərbaycan Standartı və 170-dan çox elmi əsərin müəllifidir. "ELECTRO-energetics-tecnnics-mechanics+control" Beynəlxalq Elmi-İstesalat jurnalının Baş redaktorudur.
Həmçinin, Azərbaycan Respublikası Prezidenti yanında AAK-da qeydiyyat nömrəsi ED 2.04 olan Dissertasiya Şurasının sədridir.
N.Yusifbəyli Beynəlxalq "IEEE" (Institute of Electrical and Electronics Engineers) Cəmiyyətinin, "Проблемы энергетики" və "Applied Mathematics" jurnallarının redaksiya heyətinin və bir sıra elmi tədqiqat institutları elmi şuralarının üzvüdür.
O 1998-ci ildən pedoqoji fəaliyyətlə məşğuldur, bu təyinata kimi AzTU-da "İdarəetmə və Avtomatika" kafedrasının professoru kimi fəaliyyət göstərib.
Ailəlidir, iki övladı var.
18:12 / 05 May 2026
6
18:05 / 05 May 2026
28
17:05 / 05 May 2026
43
16:58 / 05 May 2026
81
16:52 / 05 May 2026
51
16:50 / 05 May 2026
59
16:37 / 05 May 2026
65
16:36 / 05 May 2026
1122
16:30 / 05 May 2026
679
16:19 / 05 May 2026
138
16:17 / 05 May 2026
67
16:09 / 05 May 2026
58
16:06 / 05 May 2026
60
15:55 / 05 May 2026
57
15:45 / 05 May 2026
59
15:40 / 05 May 2026
78
15:35 / 05 May 2026
75
15:29 / 05 May 2026
608
15:20 / 05 May 2026
234
15:11 / 05 May 2026
313
15:05 / 05 May 2026
1706
15:03 / 05 May 2026
96
15:00 / 05 May 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.