Turistlər payızda haralara gedirlər? – Ekspert AÇIQLADI
29 Sentyabr 2026, 15:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3733
05.05.2026, 15:29
Azərbaycanda işləyən pensiyaçıların ödənişləri necə artırılacaq? – Ekspertdən AÇIQLAMA
Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyevin sosial islahatlar paketi çərçivəsində atdığı növbəti addım ölkədəki 1 milyon 100 min pensiyaçını sevindirib.
Dövlət başçısının fevralın əvvəlində imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncama əsasən, bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb.
Bu artımlar ötən il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq həyata keçirilib. Lakin bir çox vətəndaşı düşündürən əsas suallardan biri də budur: Bəs yaşa görə pensiya alıb hələ də işləməyə davam edən şəxslərin pensiyaları necə tənzimlənir?
Mövzu ilə bağlı iqtisadçı ekspert Pərviz Heydərov Oxu24.com-a açıqlama verib.
“İndeksləşdirmə hamıya şamil olunur”
Ekspert bildirib ki, pensiyaların indeksləşdirilməsi hər il mütəmadi olaraq həyata keçirilən bir prosesdir:
“Əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq hər ilin əvvəlində əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi baş tutur. Bu, qanunvericiliklə təsbit olunmuş bir qaydadır”.
Pərviz Heydərov işləyən vətəndaşların pensiya artımı məsələsinə aydınlıq gətirərək vurğulayıb ki, onlar üçün fərqli bir mexanizm də mövcuddur:
"İşləyən vətəndaşların məsələsi indeksləşdirmədən bir qədər fərqli, tamamilə ayrı bir prosedurdur. Yaşa görə əmək pensiyası hüququ əldə etmiş, lakin işləməkdə davam edən vətəndaşların pensiyaları hər 6 ildən bir yenidən hesablanır”.
Niyə məhz 6 il?
Ekspertin sözlərinə görə, bu müddət vətəndaşın işlədiyi dövrdə ödədiyi sığorta haqları ilə bağlıdır:
"Bu vətəndaşlar işləməyə davam etdikləri üçün onların maaşlarından sosial sığorta ödənişləri tutulur və bu vəsaitlər onların şəxsi hesabına toplanır. Toplanan həmin sığorta ödənişləri nəticəsində hər 6 ildən bir pensiya məbləği yenidən hesablanaraq artırılır. Beləliklə, işləyən pensiyaçılar həm illik indeksləşdirmə artımından yararlanırlar, həm də hər 6 il tamam olduqda pensiyalarında əlavə artım əldə edirlər”.
Çimnaz Telmanqızı
15:54 / 29 Sentyabr 2026
2
15:44 / 29 Sentyabr 2026
20
15:41 / 29 Sentyabr 2026
37
15:10 / 29 Sentyabr 2026
51
14:56 / 29 Sentyabr 2026
65
14:40 / 29 Sentyabr 2026
52
14:21 / 29 Sentyabr 2026
120
14:18 / 29 Sentyabr 2026
40
14:15 / 29 Sentyabr 2026
62
14:08 / 29 Sentyabr 2026
92
14:00 / 29 Sentyabr 2026
59
13:58 / 29 Sentyabr 2026
62
13:45 / 29 Sentyabr 2026
188
13:40 / 29 Sentyabr 2026
60
13:36 / 29 Sentyabr 2026
50
13:25 / 29 Sentyabr 2026
274
13:24 / 29 Sentyabr 2026
196
13:22 / 29 Sentyabr 2026
145
13:18 / 29 Sentyabr 2026
67
13:10 / 29 Sentyabr 2026
55
13:04 / 29 Sentyabr 2026
248
12:52 / 29 Sentyabr 2026
88
12:48 / 29 Sentyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.