Bakıda zəncirvarı qəza olub - FOTO
26 İyul 2026, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
535
05.05.2026, 12:49
Naxçıvanda şagird sayı 500-dən artıq olan məktəblərə yeni direktor təyinatları aparılıb
Oxu24.com Report-a istinadən xəbər verir ki, ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqənin nəticələrinə əsasən, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən, şagird sayı 500-dən artıq olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifələrinə yeni təyinatlar həyata keçirilib.
Müsabiqənin müsahibə mərhələsi çərçivəsində 4 vakant vəzifə üzrə ümumilikdə 11 namizəd müraciəti qeydə alınıb.
Müsabiqənin seçim mərhələsi başa çatdıqdan sonra ardıcıllıq gözlənilməklə müsahibə mərhələsinə dəvət olunmuş 6 nəfər iştirak hüququ qazanıb.
Müsahibə zamanı namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji fəaliyyət, təşkilatçılıq və idarəçilik, ünsiyyət və əməkdaşlıq, problemlərin həlli və qərarvermə, eləcə də rəqəmsal, texnoloji, sosial və emosional bacarıqları qiymətləndirilib.
Nəticədə 6 nəfər uğur qazanmış onlardan 4-ü müvafiq qaydalar çərçivəsində vəzifəyə təyin olunub.
Uğur qazanan namizədlərdən, Həsənov Həsən Məmməd oğlu Heydər Əliyev adına tam orta məktəbə, Quliyeva Günel Mirməhəmməd qızı Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbə, Əliyev Səfa Ruhulla oğlu Şərur şəhər 2 nömrəli tam orta məktəbə, Cəfərova İlahə Aydın qızı Kəngərli rayonunun Qıvraq qəsəbə tam orta məktəbinə direktor vəzifəsinə təyin olunublar.
00:24 / 26 İyul 2026
21
23:29 / 25 İyul 2026
51
22:59 / 25 İyul 2026
76
22:45 / 25 İyul 2026
61
22:39 / 25 İyul 2026
80
22:26 / 25 İyul 2026
92
21:54 / 25 İyul 2026
78
21:27 / 25 İyul 2026
66
21:15 / 25 İyul 2026
86
21:02 / 25 İyul 2026
70
20:49 / 25 İyul 2026
98
20:30 / 25 İyul 2026
100
20:04 / 25 İyul 2026
96
19:56 / 25 İyul 2026
92
19:43 / 25 İyul 2026
152
19:30 / 25 İyul 2026
92
19:17 / 25 İyul 2026
150
18:45 / 25 İyul 2026
160
18:33 / 25 İyul 2026
210
18:19 / 25 İyul 2026
107
17:51 / 25 İyul 2026
160
14:38 / 25 İyul 2026
151
14:35 / 25 İyul 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.