Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
732
04.05.2026, 19:31
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinin keçmiş müdiri İradə Dəmirovaya hökm oxunub.
Oxu24.com "Qaynarinfo"ya istinadən xəbər verir ki, İradə Dəmirova Gəncə Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərərvurma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə mühakimə olunub.
O, 308.1-ci maddə ilə 2 000 manat cərimələnib. Digər maddəyə gəlincə, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin olunmayıb.
İş materiallarından məlum olur ki, İradə Dəmirova YAŞAT Fondunun subyektləri üçün nəzərdə tutulan ödənişsiz dərman vasitələrini satmaqda, həmçinin saxta tibbi sənədlər hazırlamaqda ittiham olunub.
Məhkəmə zamanı İradə Dəmirova verilmiş ittihamlarla özünü təqsirli bilməyib.
01:25 / 12 Noyabr 2026
83
00:55 / 12 Noyabr 2026
86
00:43 / 12 Noyabr 2026
95
00:35 / 12 Noyabr 2026
197
00:33 / 12 Noyabr 2026
95
00:27 / 12 Noyabr 2026
106
00:24 / 12 Noyabr 2026
116
00:19 / 12 Noyabr 2026
128
00:17 / 12 Noyabr 2026
166
00:11 / 12 Noyabr 2026
123
23:54 / 11 Noyabr 2026
106
23:52 / 11 Noyabr 2026
111
23:50 / 11 Noyabr 2026
134
23:45 / 11 Noyabr 2026
994
23:28 / 11 Noyabr 2026
104
23:24 / 11 Noyabr 2026
114
23:18 / 11 Noyabr 2026
127
23:09 / 11 Noyabr 2026
126
23:03 / 11 Noyabr 2026
113
23:01 / 11 Noyabr 2026
138
22:55 / 11 Noyabr 2026
111
22:38 / 11 Noyabr 2026
178
22:31 / 11 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.