Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
606
04.05.2026, 17:51
Azərbaycanda dizel mühərrikli avtomobillərin istifadəsinin mərhələli şəkildə məhdudlaşdırılacağı ilə bağlı rəsmi mövqe artıq bir neçə ildir ki, gündəmdədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmisi Rasim Səttarzadə bildirib ki, ölkədə ekoloji təmiz avtomobillərdən istifadənin təşviq edilməsi və köhnə nəqliyyat vasitələrinin, xüsusilə dizel mühərrikli maşınların istismarının məhdudlaşdırılması istiqamətində hazırlıq işləri görülür.
Mövzu ilə bağlı Oxu24.com-a danışan nəqliyyat eksperti Raqif Raufoğlu bu qərarın icrasının mürəkkəb tərəflərinə və zəruri şərtlərə toxunub.
“Müasir dizellərlə köhnələri fərqləndirmək lazımdır"
Ekspert bildirib ki, qadağa və ya məhdudiyyət tətbiq edilərkən ilk növbədə avtomobillərin qruplaşdırılması aparılmalıdır. Onun sözlərinə görə, müasir dizel mühərrikli avtomobillərin əksəriyyəti Avro-6 standartlarına cavab verir və xüsusi filtrlərlə (DPF) təchiz olunub ki, bu da tullantını minimuma endirir. Bu səbəbdən, məhdudiyyətlərin daha çox ekoloji normalara cavab verməyən köhnə avtomobillərə yönəlməsi gözləniləndir.
Raqif Raufoğlu dizel yanacağının iqtisadi əhəmiyyətini xüsusi vurğulayıb:
“Daşınmalar, kənd təsərrüfatı və şirkət maşınlarının əksəriyyəti dizellə işləyir. Çünki bu yanacaq növü həm yanacaq sərfi, həm də xərclər baxımından daha sərfəlidir. Hətta Avropada dizel və benzinin qiyməti bərabər olsa da, böyük maşınlarda dizel yenə də birinci roldadır”.
Məhdudiyyətlər harada tətbiq oluna bilər?
Ekspertin fikrincə, bu qadağaların magistral yollarda tətbiqi dünya təcrübəsində də real görünmür. Məhdudiyyətlərin daha çox şəhərin mərkəzi hissələrinə şamil edilməsi ağlabatandır.
R. Raufoğlu qeyd edib ki, əsas problem avtomobillərin ölkəyə gətirildikdən sonra texniki müdaxilələrə məruz qalmasıdır:
“Ölkəyə Avro-6 standartı ilə girən maşınların filtrləri (DPF) və "AdBlue" sistemləri servisdə ləğv edilir, nəticədə avtomobil yenidən köhnə standartlara (Avro-2) qayıdır. Sürücülər çox vaxt yerli dizel yanacağının müasir standartlara cavab vermədiyini və bu səbəbdən sistemlərin sıradan çıxdığını əsas gətirərək bu addımı atırlar”.
Nəticə olaraq, ekspert hesab edir ki, dizel mühərriklərinin məhdudlaşdırılması məsələsinə birtərəfli deyil, həm yanacaq keyfiyyəti, həm də texniki nəzarət (polis və digər qurumlar tərəfindən) müstəvisində kompleks şəkildə yanaşılmalıdır.
Çimnaz Telmanqızı
01:25 / 12 Noyabr 2026
88
00:55 / 12 Noyabr 2026
91
00:43 / 12 Noyabr 2026
97
00:35 / 12 Noyabr 2026
206
00:33 / 12 Noyabr 2026
98
00:27 / 12 Noyabr 2026
109
00:24 / 12 Noyabr 2026
118
00:19 / 12 Noyabr 2026
131
00:17 / 12 Noyabr 2026
173
00:11 / 12 Noyabr 2026
126
23:54 / 11 Noyabr 2026
108
23:52 / 11 Noyabr 2026
113
23:50 / 11 Noyabr 2026
137
23:45 / 11 Noyabr 2026
1011
23:28 / 11 Noyabr 2026
106
23:24 / 11 Noyabr 2026
116
23:18 / 11 Noyabr 2026
129
23:09 / 11 Noyabr 2026
128
23:03 / 11 Noyabr 2026
115
23:01 / 11 Noyabr 2026
139
22:55 / 11 Noyabr 2026
113
22:38 / 11 Noyabr 2026
180
22:31 / 11 Noyabr 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.