Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
686
04.05.2026, 11:20
Ali məktəbə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlayıb, elektron ərizələrin qəbulu 2 avqust 2026-cı il tarixinədək internet vasitəsilə aparılır.
Bu barədə Oxu24.com-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan (kabineti olmayanlar) sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub "Subbakalavrın elektron ərizəsi" formasını təsdiq edirlər.
Subbakalavra aid təhsil məlumatları "Tələbə-Məzun" dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur.
Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsinə daxil olub "Yadda saxla" düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavrın şəxsi kabinetində qeyd etdiyi nömrəyə "sms" xəbərdarlıq gələcək. Xəbərdarlıq gəldikdən sonra subbakalavrlar elektron ərizəni təsdiq etməlidirlər. Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır.
Xatırladaq ki, "Şəxsi kabinet"ində qeyd olunan mobil telefon nömrəsi subbakalavrın özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, həmin subbakalavr "Şəxsi kabinet"dəki "Əlaqə məlumatları" bölməsində mobil telefon nömrəsinə düzəliş etməlidir.
Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.
Müsabiqədə iştirak ödənişsizdir.
1996-2008-ci il təvəllüdlü (30.04.2008-ci il tarixinədək anadan olmuş) 30 yaşınadək olan kişi cinsli subbakalavrın elektron ərizələrinin təsdiqi üçün onların ya müddətli həqiqi hərbi xidmət keçməsi, ya çağırışdan möhlət hüququnun olması (təhsilə görə verilmiş möhlət istisna olmaqla), ya çağırışdan azad edilməsi və ya müddətli həqiqi hərbi xidmətə çağırılmama və ya müvəqqəti çağırılmaması barədə məlumat Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) vahid elektron informasiya sistemində əks olunmalıdır.
30.04.2008-ci il tarixindən sonra doğulmuş və ya 30 yaşı tamam olmuş subbakalavrların elektron ərizələri SHXÇDX-in vahid elektron informasiya sisteminə sorğu verilmədən təsdiq edilir. Hərbi qeydiyyatın aparılması Azərbaycan Respublikasının SHXÇDX tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.
Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda (tarixlər elan olunacaq) ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər.
01:25 / 12 Noyabr 2026
88
00:55 / 12 Noyabr 2026
91
00:43 / 12 Noyabr 2026
97
00:35 / 12 Noyabr 2026
206
00:33 / 12 Noyabr 2026
98
00:27 / 12 Noyabr 2026
109
00:24 / 12 Noyabr 2026
118
00:19 / 12 Noyabr 2026
131
00:17 / 12 Noyabr 2026
173
00:11 / 12 Noyabr 2026
126
23:54 / 11 Noyabr 2026
108
23:52 / 11 Noyabr 2026
113
23:50 / 11 Noyabr 2026
137
23:45 / 11 Noyabr 2026
1011
23:28 / 11 Noyabr 2026
106
23:24 / 11 Noyabr 2026
116
23:18 / 11 Noyabr 2026
129
23:09 / 11 Noyabr 2026
128
23:03 / 11 Noyabr 2026
115
23:01 / 11 Noyabr 2026
139
22:55 / 11 Noyabr 2026
113
22:38 / 11 Noyabr 2026
180
22:31 / 11 Noyabr 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.