Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
652
04.05.2026, 09:49
Xalq artisti Firəngiz Mütəllimova Teleqraf İnformasiya Agentliyinin suallarını cavanlandırıb.
Oxu24.com həmin müsahibəni təqdim edir.
- Firəngiz xanım, ömrünüzün 66-cı ilinə qədəm qoyursunuz. Doğum gününüzü qeyd edirsinizmi? Bu yaş sizin üçün daha çox hesabat, yoxsa yeni başlanğıclar nöqtəsidir?
- Bu dəfəki doğum günümü qeyd etmirəm. Əsas odur, sevənlərim zəng edir. Dünən axşamdan telefonlarım susmur. Gələn həftə ailə üzvlərimizlə qeyd edəcəyik. Düşünürəm ki, bu yaş mənim üçün hesabatdır.
- Şuşaya köçməyi planlaşdırırsınızmı?
- Yayda Şuşaya gedəcəyəm. Hazırda orada genişmiqyaslı abadlıq işləri aparılır. Şuşada yaşayan rəfiqələrim var, mənə videolar göndərirlər. Hələlik köç prosesi başlamayıb. Düşünürəm ki, Şuşaya köç ilin sonuna doğru həyata keçirilə bilər. Mən də Şuşaya köçməyi planlaşdırıram.
- Ad gününüzdə yaşadığınız hissləri necə ifadə edərdiniz?
- Hər zamankı kimi. Deyim ki, qeyri-adi hadisə baş verir, yox... Zənglər gələndə xoş olur.
- Bir xanım olaraq yaş artdıqca zamanın təsirini və bununla bağlı hisslərinizi necə dəyərləndirirsiniz? Yaş kompleksiniz varmı?
- Açığını deyim ki, məndə yaş kompleksi yoxdur. Sadəcə istəyirəm ki, sağlam və bərəkətli bir ömür yaşayım.
- Bütün arzularınıza çatmısınız?
- Xeyr, bütün arzularıma çatdığımı deyə bilmərəm. Ən böyük arzularımdan biri isə artıq gerçəkləşdi - Şuşanın işğaldan azad edildiyi gün o böyük xoşbəxtliyi yaşadım. Qarabağımızın, Şuşamızın azadlığı mənim üçün ən unudulmaz anlardan biridir. Arzum odur ki, sülh daimi olsun, müharibələr bitsin, dünyada əmin-amanlıq hökm sürsün. Açıq mavi səma istəyirəm, insanların heç nədən qorxmadığı bir dünya.
- Sənətinizlə bağlı bir çox uğurlara nail olmusunuz. Maraqlıdır, bir qadın kimi xoşbəxtsinizmi?
- Əgər ailəm yanımdadırsa və bu qədər sevənim varsa, deməli, xoşbəxtəm. İnsan hər şeyi pulla ala bilər, amma bu qədər insanın məhəbbətini pulla almaq mümkün deyil. Bu da Allahın bir lütfüdür. Ona görə də çalışıram ki, özümü hər zaman xoşbəxt hiss edim.
Qadın kimi xoşbəxtəm. Evimin işıqlarını özüm yandırıb söndürə bilirəmsə, dualarımı edirəmsə, özümə və qohum-əqrəbama yemək bişirirəmsə, balalarımdan gələn şad xəbərlərlə sevinirəmsə, həmin an özümü qadın kimi xoşbəxt hiss edirəm. Ən əsası da budur.
- Ömrünüzün hansı illərinə qayıtmaq istərdiniz?
- Ömrümün yalnız uşaqlıq illərinə, anamın, atamın və qardaşımın sağ olduğu vaxtlara qayıtmaq istərdim. Sevdiyim qonşularımın hamısı sağ-salamat idi. O illərə dönüb hamısının səslərini yenidən eşitmək istərdim.
- Bəs, hansı illəri xatırlamaq istəmirsiz?
- Şuşanın işğal edildiyi gün... Əziyyət çəkən qohum-əqrəba, yaşadığımız o ağır illər... O illərə qayıtmaq, o xəbəri yenidən eşitmək istəməzdim. O vaxt Türkiyədə qastrol səfərində idim. Nələr yaşadığımı bir Allah bilir.
- Mərhum Xalq artisti Yaşar Nurinin bu gün sizitəbrik etməsini istərdinizmi?
- Yaşar Nuri və Telman Adıgözəlovun sağ olmasını istəyərdim. Amma onlar mənim üçün indi də yaşayırlar. Səsləri hələ də qulağımdadır. 50 illik yubileyimdə ikisi aparıcılıq edirdilər...
01:25 / 12 Noyabr 2026
88
00:55 / 12 Noyabr 2026
91
00:43 / 12 Noyabr 2026
97
00:35 / 12 Noyabr 2026
206
00:33 / 12 Noyabr 2026
98
00:27 / 12 Noyabr 2026
109
00:24 / 12 Noyabr 2026
118
00:19 / 12 Noyabr 2026
131
00:17 / 12 Noyabr 2026
173
00:11 / 12 Noyabr 2026
126
23:54 / 11 Noyabr 2026
108
23:52 / 11 Noyabr 2026
113
23:50 / 11 Noyabr 2026
137
23:45 / 11 Noyabr 2026
1011
23:28 / 11 Noyabr 2026
106
23:24 / 11 Noyabr 2026
116
23:18 / 11 Noyabr 2026
129
23:09 / 11 Noyabr 2026
128
23:03 / 11 Noyabr 2026
115
23:01 / 11 Noyabr 2026
139
22:55 / 11 Noyabr 2026
113
22:38 / 11 Noyabr 2026
180
22:31 / 11 Noyabr 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.