Maaşlar ARTIRILDI
13 İyun 2026, 00:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
826
03.05.2026, 17:12
Azərbaycanda çoxmənzilli yaşayış binalarının layihələndirilməsi ilə bağlı tətbiq edilən yeni qaydalar daşınmaz əmlak bazarında ciddi hərəkətliliyə və qiymət artımına səbəb olacaq. Belə ki, yeni qərara əsasən, çoxmənzilli binalar layihələndirilərkən fərdi istilik sistemlərinin (kombi) quraşdırılmasına yalnız azmərtəbəli (5 mərtəbəyə qədər), qaz təchizatı olmayan və ya bərpa olunan enerji mənbələrindən istifadə edilən binalarda icazə veriləcək. Bu inzibati dəyişiklik həm yeni layihələndirilən, həm də mövcud binaların bazar dəyərinə birbaşa təsir göstərəcək.
Bu barədə Oxu24.com-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.
“Yeni layihələndirilən binalarda qiymətlər daha yüksək olacaq"
Vüqar Oruc qeyd edib ki, hər hansı bir inzibati qərarın onun istiqamətləndirdiyi bazara və sektora təsiri qaçılmazdır:
"Yeni situasiya qiymətlərə təbii ki, təsir göstərəcək. Ümumiyyətlə, hər hansı bir inzibati qərar onun istiqamətləndirdiyi bazara, sektora mütləq daha doğrusu təsir göstərir və o baxımdan yeni qərar da – düzdür, bu qərar növbəti mərhələdə layihələndiriləcək binalara aiddir, yəni indiyə qədərki binalarla bağlı deyil. Bundan sonrakı layihələndirmə proseslərinin nəticəsində tikilmiş binalarda qiymətlərin daha yüksək olacağını indidən demək olar”.
Ekspertin sözlərinə görə, mərkəzləşdirilmiş sistemlərə keçid əlavə maliyyə yükü yaradır:
"Çünki qeyd olunduğu kimi, qazanxana sistemi və fərdi isitlik sisteminə icazə verilməməsi əlavə xərclərin meydana gəlməsinə səbəb olur. Belə ki:
-həm texniki təmir işləri;
-eyni zamanda menecment, yəni idarəetmə işləri;
-qaz sərfiyyatı;
Son nəticədə vətəndaşlar üçün çox böyük məbləğlər, daha doğrusu böyük xərclər yarana bilər. Bu da həmin binalarda yaşayışın bahalı olacağını indidən ehtimal etmək üçün əsaslar verir. Ümumiyyətlə, biz sosialist şəhərsalma sistemindən kapitalist şəhərsalma sisteminə keçirik və şəhərdə yaşamaq özü, baş şəhər inkişaf etdikcə daha bahalı olacaq. Yəni şəhərin ucqarları, mərkəzi və belə deyək ki, bütün ərazilər yaşayış xərclərinə görə bir-birlərindən fərqlənəcək”.
V.Oruc bildirib ki, ilk mərhələdə "kombi" sistemli binalar daha cəlbedici olacaq:
"Bu baxımdan düşünürəm ki, yeni layihələndirmə prinsipləri ilə tikilən binalarda yüksək qiymətlər olacaq və daşınmaz əmlak bazarında həmin binalar yüksək qiymətə təklif olunacaq. İlk müddətdə prioritet təşkil edəcək ki, hansı ki, kombiləri var, daha ucuzdur və həmin binalarda əlçatanlıq daha çox yüksəkdir. Əhali həmin binalara üz tutacaq:
1. Həm köhnə binalarda;
2. Həm də yeni olan, amma layihələndirmə prinsipi yeni olmayan köhnə tikililərdə müraciətlərin sayının artmasına şərait yaradacaq.
Bu da təbii ki, qiymət artımını özü ilə gətirmiş olacaq. Çünki belə olan təqdirdə ki, müraciətlərin o tip binalara sayı artır, təbii ki, qiymətlər də yüksəlir”.
Buna baxmayaraq, uzunmüddətli perspektivdə müsbət tərəflər də gözlənilir:
"Amma müəyyən bir dövr keçdikdən sonra bazar oturuşma dövrünə qədəm qoyacaq. Yəni artıq əgər şəhərdə yeni formada, yeni prinsiplərə uyğun layihələndirmə halları artdıqca və eyni zamanda həmin layihələndirilən binalar hava izolyasiyasını, hidro (yəni su) izolyasiyasını təmin etməklə layihələndirilsə, müasir standartlara uyğun şəkildə tikilsə, düşünürəm ki, enerji sərfiyyatı azala bilər və eyni zamanda qiymətlər də tənzimlənə bilər, çox artmaya bilər və s.
Yəni ilk müddətdə kombiləri olan binaların qiymətinin artımı və eyni zamanda yeni layihələndirilən binaların qiymətinin də artımı gözlənilir. Bu da bazarda hər iki istiqamətdə qiymətlərin bahalaşmasına gətirib çıxardacaq, qiymətlərin artımını təmin edəcək. Son nəticədə bu layihələrin hamısı daşınmaz əmlak bazarında qiymət artımına gətirib çıxardacaq.
Amma indiki yeniliklər ilk növbədə:
-Şəhərin vizual görünüşündə normallaşma;
-Müasirləşmə prinsiplərinə əməl olunması;
-Vətəndaşların yaşaması üçün komfort və təhlükəsizliyin təmin edilməsini əsas məqsəd qoyur.
Bu istiqamətdə təbii ki, inkişafın gətirilməsi mümkündür. Yeni layihələndirilmiş binalar məhz bu istiqamətdə inkişafa nail olunmasına şərait yaradacaq”,-deyə sədr vurğulayıb.
Çimnaz Telmanqızı
00:51 / 13 İyun 2026
401
00:39 / 13 İyun 2026
578
00:31 / 13 İyun 2026
226
00:25 / 13 İyun 2026
75
00:18 / 13 İyun 2026
372
00:14 / 13 İyun 2026
222
00:00 / 13 İyun 2026
217
23:48 / 12 İyun 2026
80188
23:47 / 12 İyun 2026
821
23:28 / 12 İyun 2026
99
22:38 / 12 İyun 2026
106
22:20 / 12 İyun 2026
124
21:59 / 12 İyun 2026
1103
21:52 / 12 İyun 2026
114
21:49 / 12 İyun 2026
117
21:37 / 12 İyun 2026
467
21:24 / 12 İyun 2026
132
21:19 / 12 İyun 2026
125
21:17 / 12 İyun 2026
105
17:40 / 12 İyun 2026
173
17:20 / 12 İyun 2026
149
17:05 / 12 İyun 2026
767
16:55 / 12 İyun 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.