Qaynar xətt:

(+99450) 247 90 86

Çox yemək zərərlidir: Sarımsağın gündəlik dozası 

Çox yemək zərərlidir: Sarımsağın gündəlik dozası 

CƏMİYYƏT

80

02.05.2026, 19:50

Sarımsaq sağlamlığa faydaları ilə tanınan ən məşhur təbii məhsullardan biridir.

 

Oxu24.com  xəbər verir ki, bu məhsuldan maksimum fayda əldə etmək üçün onun gündəlik qəbul miqdarına riayət etmək vacibdir. Araşdırmalara görə, sarımsağın tərkibində olan Allisin maddəsi orqanizm üçün əsas faydalı komponent hesab olunur. Bu maddə qanda xolesterinin səviyyəsinin azalmasına, qan təzyiqinin tənzimlənməsinə və immun sisteminin güclənməsinə müsbət təsir göstərir.

 

Eyni zamanda, bəzi xəstəliklərin riskini azaltmağa kömək etdiyi qeyd edilir. Allisin yüksək temperaturda parçalandığı üçün sarımsağın çiy halda yeyilməsi və ya 60°C-dən aşağı temperaturda bişirilməsi daha məqsədəuyğundur. Gündəlik qəbul normasına gəldikdə isə, çiy sarımsaq üçün 1-2 diş, bişmiş sarımsaq üçün isə 2–- diş tövsiyə olunur. Bu miqdar həm təhlükəsiz sayılır, həm də faydalı təsirlərin əldə olunmasına imkan verir. Bununla yanaşı, sarımsağın normadan artıq istifadəsi bəzi hallarda ürək yanması, köp, mədə qıcıqlanması və ağız qoxusu kimi narahatlıqlara səbəb ola bilər. Mütəxəssislər xüsusilə Qastrit və digər mədə problemlərindən əziyyət çəkənlərin, eləcə də qaraciyər xəstəlikləri olan və qan durulaşdırıcı dərman qəbul edən şəxslərin sarımsaq istifadəsinə diqqətlə yanaşmasını və həkimlə məsləhətləşməsini tövsiyə edirlər.

 

Qeyd olunur ki, sarımsaq düzgün və ölçülü istifadə edildikdə sağlamlıq üçün faydalı olsa da, normanın aşılması əks təsirlərə səbəb ola bilər.Sfera.az