Qaynar xətt:

(+99450) 247 90 86

“Bu 5 risk faktorundan uzaq durmaq ürək sağlamlığını qoruyur” – Kardioloq Günay Qasımova  

“Bu 5 risk faktorundan uzaq durmaq ürək sağlamlığını qoruyur” – Kardioloq Günay Qasımova  

CƏMİYYƏT

69

30.04.2026, 20:53

Kardioloq Günay Qasımova Oxu24.com-a açıqlamasında bildirib ki, ürək-damar xəstəliklərinin qarşısının alınmasında həyat tərzi mühüm rol oynayır. Onun sözlərinə görə, bəzi əsas risk faktorlarından uzaq durmaq infarkt və damar tutulması ehtimalını əhəmiyyətli dərəcədə azalda bilər.

Həkim qeyd edib ki, ilk növbədə yuxusuzluq orqanizmə ciddi təsir göstərir. Keyfiyyətli yuxunun olmaması ürək-damar sisteminə əlavə yük yaradır və zamanla müxtəlif problemlərə səbəb ola bilər. İkinci vacib amil hərəkətsizlikdir. Oturaq həyat tərzi qan dövranını zəiflədir, artıq çəkiyə və damar problemlərinə yol açır.

Mütəxəssis vurğulayıb ki, siqaret və digər zərərli vərdişlər damarların daralmasına, elastikliyinin azalmasına və nəticədə ürək xəstəliklərinin riskinin artmasına səbəb olur. Eyni zamanda, davamlı stress də ürək üçün təhlükəli amillərdəndir. Uzunmüddətli gərginlik qan təzyiqini yüksəldir və ürək ritminə mənfi təsir göstərir.

Qidalanma məsələsinə də toxunan həkim bildirib ki, yağlı və şəkərli qidaların həddindən artıq qəbulu damarların tutulmasına səbəb olan əsas faktorlar sırasındadır. Bu cür qidalar xolesterinin artmasına və ateroskleroz riskinin yüksəlməsinə gətirib çıxarır.

Günay Qasımovanın sözlərinə görə, bu risk faktorlarını minimuma endirmək sağlam həyat tərzinin əsasını təşkil edir və ürək-damar xəstəliklərindən qorunmaq üçün vacib addımdır.