Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
12 Noyabr 2026, 10:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
535
17.04.2026, 20:06
Son günlər yağan intensiv yağışlar və yaranan sel hadisələri içməli su ilə bağlı riskləri artırıb.
Terapevt-kardioloq Aytən Yüzbaşıyeva Oxu24.com-a bildirir ki, belə hallardan sonra evlərdə istifadə olunan kran suları ciddi təhlükə yarada bilər.
Onun sözlərinə görə, güclü yağış və daşqınlar zamanı kanalizasiya sularının qarışması ehtimalı artır və bu çirkli sular içməli su hövzələrinə qarışa bilər. Nəticədə, ilk baxışdan şəffaf görünən su belə infeksiya mənbəyinə çevrilir.
Mütəxəssis qeyd edir ki, bu cür suların istifadəsi bir sıra xəstəliklərə səbəb ola bilər. Bunlara bağırsaq infeksiyaları, dəri xəstəlikləri, hepatit və müxtəlif zəhərlənmələr daxildir.
Həkim vətəndaşlara ehtiyatlı olmağı tövsiyə edir və bildirir ki,içməli su mütləq qaynadılaraq istifadə olunmalıdır,
meyvə-tərəvəz yuyularkən qaynadılmış sudan istifadə edilməlidir və uşaq qidaları yalnız təhlükəsiz sudan hazırlanmalıdır.
Aytən Yüzbaşıyeva vurğulayır ki, krandan birbaşa su içmək bu dövrdə xüsusilə risklidir. Çünki suyun təmiz görünməsi onun təhlükəsiz olması demək deyil.
Sonda həkim əhalini diqqətli olmağa və bu cür xəbərdarlıqları yaxınları ilə bölüşməyə çağırıb.
Hazırladı: Jalə
10:27 / 12 Noyabr 2026
27
10:20 / 12 Noyabr 2026
39
10:18 / 12 Noyabr 2026
48
10:05 / 12 Noyabr 2026
122
09:51 / 12 Noyabr 2026
72
09:48 / 12 Noyabr 2026
74
09:42 / 12 Noyabr 2026
162
09:36 / 12 Noyabr 2026
85
09:22 / 12 Noyabr 2026
540
08:13 / 12 Noyabr 2026
200
08:05 / 12 Noyabr 2026
64
07:20 / 12 Noyabr 2026
128
03:10 / 12 Noyabr 2026
152
01:25 / 12 Noyabr 2026
269
00:55 / 12 Noyabr 2026
243
00:43 / 12 Noyabr 2026
154
00:35 / 12 Noyabr 2026
451
00:33 / 12 Noyabr 2026
142
00:27 / 12 Noyabr 2026
163
00:24 / 12 Noyabr 2026
193
00:19 / 12 Noyabr 2026
191
00:17 / 12 Noyabr 2026
335
00:11 / 12 Noyabr 2026
178
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.