Sabah bu ərazilərdə işıq olmayacaq
08 İyul 2026, 23:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1041
17.04.2026, 17:46
Türkiyədə tütün məhsullarının 2040-cı ilə qədər tamamilə qadağan edilməsini nəzərdə tutan sərt qanun layihəsi gündəmi silkələyib.
Türkiyə Böyük Millət Məclisində (TBMM) hazırlanan layihəyə əsasən, qardaş ölkədə siqaret istifadəsinin mərhələli şəkildə dayandırılması və qaydaları pozanlar üçün 1 milyondan 10 milyon lirəyə qədər (təxminən 38-380 min manat) astronomik cərimələrin tətbiqi planlaşdırılır. Bu xəbər Azərbaycan cəmiyyətində də "Bizdə də tam qadağa ola bilərmi?" sualını aktuallaşdırıb.
Milli Məclisin deputatı Fazil Mustafa mövzu ilə bağlı Oxu24.com-a açıqlamasında bildirib ki, Azərbaycanda tütün məhsullarının istehlakının məhdudlaşdırılması barədə qanun artıq mövcuddur və elektron siqaretlərlə bağlı müəyyən addımlar atılıb. Lakin deputat hesab edir ki, sadəcə qadağalar və cərimələrin artırılması çıxış yolu deyil:
"Cərimələr artırıla bilər, amma bunun bir faydası olduğunu düşünmürəm. Çünki istifadə olunmasına nəzarət mexanizmi olduqca kövrəkdir və lazımi səviyyədə bu nəzarəti həyata keçirmək olmur”.
Deputat vurğulayıb ki, icra mexanizmi zəif olan qadağalar effektivlik verməkdənsə, arzuolunmaz hallara, o cümlədən korrupsiyaya şərait yarada bilər. Fazil Mustafanın fikrincə, məsələyə həm də iqtisadi prizmadan yanaşmaq lazımdır:
“Tütün istehsalı iqtisadiyyatın bir sahəsidir və istehsalçıların fəaliyyətini tamamilə dayandırmaq doğru olmazdı. Qadağan etmək əvəzinə, ictimai yerlərdə istehlakın məhdudlaşdırılması daha aktual və effektivdir. Effekt verməyən sərt qadağalar yerinə isə, daha işlək və optimal variantlar üzərində düşünmək lazımdır”,-deyə deputat qeyd edib.
Çimnaz Telmanqızı
23:51 / 08 İyul 2026
8
23:39 / 08 İyul 2026
104
23:25 / 08 İyul 2026
53
22:35 / 08 İyul 2026
51
22:20 / 08 İyul 2026
66
22:04 / 08 İyul 2026
67
21:55 / 08 İyul 2026
81
21:43 / 08 İyul 2026
76
21:13 / 08 İyul 2026
148
20:55 / 08 İyul 2026
143
20:40 / 08 İyul 2026
74
19:55 / 08 İyul 2026
80
19:46 / 08 İyul 2026
1047
19:40 / 08 İyul 2026
198
19:33 / 08 İyul 2026
1073
19:32 / 08 İyul 2026
631
19:12 / 08 İyul 2026
502
19:02 / 08 İyul 2026
93
18:53 / 08 İyul 2026
130
18:42 / 08 İyul 2026
654
18:40 / 08 İyul 2026
103
18:35 / 08 İyul 2026
297
18:28 / 08 İyul 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.