Münasibətdə ən sadiq iki bürc
30 Sentyabr 2026, 00:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
617
16.04.2026, 17:56
Bu dəqiqələrdə “Space” televiziyasında təcili iclas keçirilib.
Oxu24.com manset.az-a istinadən xəbər verir ki, televiziyanın rəhbəri vəzifəsini müvəqqəti icra edən Nəriman Əbdüləliyevin göstərişi ilə kanalın bütün əməkdaşları anidən foyeyə çağırılıb.
İclasda departament rəhbərləri də iştirak ediblər.
Nəriman Əbdüləliyev televiziyanın əməkdaşlarından halallıq istəyib: “Vado Korovinin rəhbərlik etdiyi dövrdə kiminsə xətrinə dəymişiksə, bizi bağışlasınlar. Biz burada olmaya bilərik. “Space” TV-ni qoruyun”, - o bildirib.
axar.az-ın yaydığı məlumatda isə iddia edilir ki, yaxın müddətdə sözügedən TV-nin fəaliyyətinə xitam veriləcək. Buna səbəb isə kanalın uzun müddətdir rentabelli olmaması və keyfiyyət göstəricilərinin təsisçini qane etməməsidir.
Bildirilir ki, kanalın əvvəlki şöhrətini qaytarmaq üçün bir neçə dəfə rəhbərlik dəyişdirilsə də, nəticə əldə olunmayıb. Buna görə də kanalın təsisçisi bağlanma qərarı verib.
Məlumatla bağlı “Space”dən münasibət öyrənmək mümkün olmayıb.
Qeyd edək ki, bundan öncə “Space” TV-də yoxlamalar aparıldığı və kanalın rəhbəri Vado Korovinin vəzifədən uzaqlaşdırıldığı ilə bağlı məlumat yayılıb. Kanal yayılan məlumatların heç birinə rəsmi reaksiya verməyib.
“Space” TV 12 oktyabr 1997-ci ildə yayıma başlayıb.
00:16 / 30 Sentyabr 2026
88
00:02 / 30 Sentyabr 2026
83
23:55 / 29 Sentyabr 2026
1667
23:47 / 29 Sentyabr 2026
68
23:43 / 29 Sentyabr 2026
70
23:34 / 29 Sentyabr 2026
66
23:23 / 29 Sentyabr 2026
161
23:12 / 29 Sentyabr 2026
96
23:08 / 29 Sentyabr 2026
77
23:07 / 29 Sentyabr 2026
58
22:50 / 29 Sentyabr 2026
73
22:39 / 29 Sentyabr 2026
88
22:28 / 29 Sentyabr 2026
111
22:28 / 29 Sentyabr 2026
1073
22:24 / 29 Sentyabr 2026
224
22:09 / 29 Sentyabr 2026
67
22:09 / 29 Sentyabr 2026
259
21:58 / 29 Sentyabr 2026
426
21:45 / 29 Sentyabr 2026
73
21:36 / 29 Sentyabr 2026
104
21:26 / 29 Sentyabr 2026
75
20:56 / 29 Sentyabr 2026
560
20:53 / 29 Sentyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.