Qida vərdişlərimiz bizi xəstəliyə məhkum edir?
10 Aprel 2026, 20:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
155
10.04.2026, 18:10
Azərbaycanda buraxılış və qəbul imtahanları sisteminin təkmilləşdirilməsi və qiymətləndirmə meyarlarının daha effektiv qurulması məsələsi yenidən gündəmə gəlib. Mövzu ilə bağlı çıxış edən elm və təhsil naziri Emin Əmrullayev imtahan suallarının mahiyyəti və keyfiyyəti ilə bağlı vacib məqamlara toxunub.
Nazir imtahanlar üçün sualları hazırlayan müəllimlərə müraciət edərək bildirib ki, bəzi hallarda suallar bilikləri ölçməkdən çox, iştirakçıları çaşdırmağa yönəlir. Bu da düzgün yanaşma deyil. O əlavə edib ki, imtahan tapşırıqları şagirdlərin nə dərəcədə bilik və bacarıqlara malik olduğunu obyektiv şəkildə müəyyən etməlidir.
Oxu24.com xəbər verir ki məsələ ilə bağlı News24.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Dövlət İmtahan Mərkəzinin həm imtahan keçirməsi, həm də testləri hazırlaması düzgün yanaşma deyil:
"Test suallarının quruluşunda da ciddi problemlər var. Çox vaxt 5 cavab variantından 4-ü çaşdırıcı olur. Şagird düzgün cavabı tapmaq üçün həddindən artıq vaxt və enerji sərf etməli olur. Bu isə imtahanın əsas məqsədi olan biliklərin ölçülməsi prinsipinə uyğun deyil”.
Ekspert qeyd edib ki, xüsusilə açıq tipli sualların həddindən artıq mürəkkəb və məntiq üzərində qurulması əsaslı deyil:
“Problem ondadır ki, Azərbaycan təhsil sistemində məntiq ayrıca fənn kimi tədris olunmur. Məntiq fənninin məktəblilər üçün nə dərsliyi var, nə də sistemli şəkildə öyrədilir. Belə olan halda, məntiqə əsaslanan çətin sualların verilməsi şagirdlər üçün ədalətli sayılmır. Bu yanaşma şagirdlər üzərində əlavə psixoloji təzyiq yaradır. Artıq imtahan adı gələndə, xüsusilə 9 və 11-ci sinif buraxılış imtahanları zamanı şagirdlər ciddi stress yaşayırlar. Bu həm açıq tipli tapşırıqlarda, həm də dinləmə kimi bölmələrdə özünü göstərir”.
Həmçinin oxuyun
Ekspert bildirib ki, xüsusilə aprelin 5-də 9-cu sinif buraxılış imtahanlarının həddindən artıq çətin tərtib olunması suallar doğurur:
“Bu səviyyədə imtahanlarda maksimum nəticə göstərənlərin sayının çox az olması onu göstərir ki, sualların çətinlik dərəcəsi balanslı deyil. Halbuki bu mərhələdə əsas məqsəd şagirdin baza biliklərini yoxlamaq olmalıdır. Ən optimal variant odur ki, testi hazırlayan qurumla imtahanı keçirən qurum fərqli olsun. Eyni qurumun hər iki funksiyanı yerinə yetirməsi problemlərin davam etməsinə səbəb olur”.
20:55 / 10 Aprel 2026
32
20:53 / 10 Aprel 2026
28
20:47 / 10 Aprel 2026
85
20:45 / 10 Aprel 2026
35
20:36 / 10 Aprel 2026
99
20:29 / 10 Aprel 2026
130
20:18 / 10 Aprel 2026
56
20:05 / 10 Aprel 2026
47
19:51 / 10 Aprel 2026
130
19:37 / 10 Aprel 2026
62
19:22 / 10 Aprel 2026
63
19:12 / 10 Aprel 2026
83
18:50 / 10 Aprel 2026
77
18:35 / 10 Aprel 2026
125
18:19 / 10 Aprel 2026
92
17:59 / 10 Aprel 2026
173
17:24 / 10 Aprel 2026
71
17:13 / 10 Aprel 2026
73
17:06 / 10 Aprel 2026
79
16:56 / 10 Aprel 2026
81
16:47 / 10 Aprel 2026
103
16:34 / 10 Aprel 2026
1360
16:31 / 10 Aprel 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.