Zahid Oruc:"Serj Sarkisyan və Robert Koçaryan BMT-də çıxış edərkən neçə müsəlman lideri və Qərb dövləti..”
30 Sentyabr 2026, 12:13
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1730
10.04.2026, 20:47
Rusiya və Ermənistan arasında son dövrlər müşahidə olunan siyasi fikir ayrılıqları yeni müstəviyə keçib. Erməni ekspert dairələrinin iddiasına görə, Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla apardığı dialoq zamanı İrəvanın qarşısında konkret seçim tələbi qoyub. İddia olunur ki, Moskva Ermənistanın eyni anda həm Avrasiya İqtisadi Birliyi (AİB), həm də Avropa İttifaqı (Aİ) ilə dərin inteqrasiya siyasəti yürütməsini qəbulolunmaz hesab edir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, Moskvanın bu həssaslığı təkcə iqtisadi maraqlarla deyil, birbaşa geosiyasi nəzarət və regiondakı təhlükəsizlik arxitekturası ilə bağlıdır.
Rusiya Ermənistanı itirmək istəmir. Səbəblər nədir?
Politoloqun sözlərinə görə, Rusiya üçün AİB sadəcə iqtisadi platforma deyil, həm də postsovet məkanında siyasi-hərbi təsirin qorunması alətidir:
“Ermənistanın Aİ ilə dərin inteqrasiyaya getməsi regiondakı mövcud balansı Rusiyanın ziyanına dəyişə bilər.
Ticarət rejimləri, texniki standartlar və hüquqi uyğunlaşma sahəsində Aİ standartlarını qəbul etmək AİB çərçivəsindəki öhdəliklərlə birbaşa toqquşur. Ermənistanın Qərbə yönəlməsi uzunmüddətli perspektivdə təhlükəsizlik sahəsində diversifikasiyaya, yəni Rusiyanın hərbi iştirakının sual altına düşməsinə səbəb ola bilər”.
Züriyə Qarayeva vurğulayıb ki, Paşinyan hökuməti Qərbə doğru addım atmağa davam edərsə, Moskvanın əlində kifayət qədər təsir rıçaqları var:
"Rusiyanın təzyiq mexanizmləri çoxşaxəlidir. Buraya Ermənistanın Rusiya bazarına çıxışının məhdudlaşdırılması, miqrant köçürmələrinə maneələr və investisiya axınının dayandırılması daxildir. Ən ciddi təzyiq isə enerji sahəsində - qaz təchizatı və qiymət siyasəti vasitəsilə ola bilər”.
Putin tərəfindən verildiyi iddia edilən xəbərdarlıq — "əks halda vəziyyət başqa cür olacaq" — həm də hərbi-siyasi müstəvidə ciddi təhdidlərdən xəbər verir. Politoloq qeyd edir ki, bura daxili siyasi proseslərə dolayı müdaxilə, informasiya müharibəsi və hərbi əməkdaşlığın zəiflədilməsi də daxildir.
Görünən odur ki, İrəvan üçün "iki stulda oturmaq" dövrü bitir. Moskva Ermənistanın Qərblə yaxınlaşmasını sadəcə bir seçim deyil, regional nizama qarşı bir təhdid kimi qiymətləndirir. Paşinyanın bu ultimataum qarşısında hansı addımı atacağı isə bölgənin gələcək taleyini müəyyən edəcək.
Çimnaz Telmanqızı
12:48 / 30 Sentyabr 2026
18
12:39 / 30 Sentyabr 2026
67
12:33 / 30 Sentyabr 2026
38
12:24 / 30 Sentyabr 2026
44
12:20 / 30 Sentyabr 2026
46
12:17 / 30 Sentyabr 2026
47
12:13 / 30 Sentyabr 2026
61
12:10 / 30 Sentyabr 2026
54
12:09 / 30 Sentyabr 2026
47
12:05 / 30 Sentyabr 2026
49
11:49 / 30 Sentyabr 2026
105
11:47 / 30 Sentyabr 2026
57
11:38 / 30 Sentyabr 2026
48
11:37 / 30 Sentyabr 2026
117
11:36 / 30 Sentyabr 2026
50
11:15 / 30 Sentyabr 2026
52
11:06 / 30 Sentyabr 2026
63
11:05 / 30 Sentyabr 2026
54
10:54 / 30 Sentyabr 2026
152
10:46 / 30 Sentyabr 2026
1242
10:41 / 30 Sentyabr 2026
62
10:36 / 30 Sentyabr 2026
162
10:30 / 30 Sentyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.