İsrailin bu addımı Türkiyəyə siyasi mesajdır”: ŞƏRH
30 İyun 2026, 21:17
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
560
10.04.2026, 16:12
Azərbaycan və Qazaxıstan arasında çoxəsrlik dostluq və qardaşlıq əlaqələri bu gün strateji müttəfiqlik səviyyəsinə yüksələrək regionun iqtisadi mənzərəsini dəyişir. Hər iki dövlət həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin milli maraqlarını və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Son dövrlərdə həyata keçirilən nəqliyyat-logistika layihələri və artan ticarət dövriyyəsi iki ölkə arasındakı münasibətlərin böyük potensiala malik olduğunu bir daha sübut edir.
Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev mövzu ilə bağlı verdiyi bəyanatda bildirib ki, “Azərbaycan və Qazaxıstan arasındakı münasibətlər ardıcıl şəkildə inkişaf edir və əhəmiyyətli potensiala malikdir”.
Məsələni Oxu24.com-a şərh edən politoloq Sədrəddin Soltan iki ölkəni birləşdirən faktorların çoxşaxəli olduğunu vurğulayıb.
Politoloqun xüsusi qeyd etdiyi məqamları təqdim edirik:
“Azərbaycanla Qazaxıstanı bir-birinə birləşdirən faktorlar çoxdur. Əvvəla, hər iki ölkə keçmiş müttəfiq respublika olub müstəqillik əldə edib, bir-biri ilə müstəqil olduğu gündən indiyə qədər bir-birinin ərazi bütövlüyünü müdafiə edib. Habelə, Azərbaycan və Qazaxıstan Türk dövlətləridir. Bu baxımdan Türk Dövlətləri Təşkilatının fəal üzvlərindəndir. Bundan başqa, Qazaxıstan Azərbaycan torpaqları işğal altında olduğu illərdə də hər zaman Azərbaycanın yanında olub”.
Politoloq əlavə edib ki, Azərbaycan və Qazaxıstanı birləşdirən mühüm amillərdən biri də onların hər ikisinin Türk Dövlətləri Təşkilatının fəal üzvü olması, habelə hər iki ölkənin neft və qaz hasilatçısı, neft və qaz ixracatçısı olmasıdır:
“Bütün bu kimi amillər Qazaxıstan və Azərbaycan arasında əlaqələrin inkişaf etməsinə təsir göstərən amillərdir.
Son aylar, xüsusilə 2025-ci ilin oktyabrından Azərbaycan Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırdıqdan sonra, Qazaxıstan taxılının Azərbaycan ərazisindən Gürcüstan, ordan isə Ermənistana keçməsinə şərait yaradıb. Bu da Qazaxıstanla Azərbaycan arasında Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin bir-birinə yaxınlaşması istiqamətində atdıqları amildir və tərəflərin ikitərəfli regionun inkişafına, əməkdaşlığına, əlaqələrinin inkişaf etməsinə təsir göstərən amillərdəndir.
Qazaxıstan və Azərbaycan strateji müttəfiqdir və daim bir-biri ilə iqtisadi-ticarət əlaqələrini gücləndirir. Bu əlaqələr müəyyən mənada hərbi sahələrdə də, təhlükəsizlik məsələlərində də özünü göstərməkdədir. Bu amillər də Qazaxıstan və Azərbaycan arasında əlaqələrin inkişafına təsir edən başlıca amillərdəndir”.
Çimnaz Telmanqızı
01:01 / 01 İyul 2026
12
23:37 / 30 İyun 2026
76
23:17 / 30 İyun 2026
83
23:00 / 30 İyun 2026
89
22:38 / 30 İyun 2026
80
21:55 / 30 İyun 2026
86
21:17 / 30 İyun 2026
81
21:07 / 30 İyun 2026
91
20:49 / 30 İyun 2026
95
20:24 / 30 İyun 2026
105
20:04 / 30 İyun 2026
255
19:52 / 30 İyun 2026
91
19:23 / 30 İyun 2026
117
19:11 / 30 İyun 2026
121
19:00 / 30 İyun 2026
115
18:50 / 30 İyun 2026
109
18:45 / 30 İyun 2026
263
18:30 / 30 İyun 2026
98
18:20 / 30 İyun 2026
280
18:10 / 30 İyun 2026
106
18:00 / 30 İyun 2026
111
17:45 / 30 İyun 2026
123
17:38 / 30 İyun 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.