Hər axşam qatıq yeməyin FAYDALARI
06 Aprel 2026, 23:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
168
06.04.2026, 23:36
Soyuducu qapılarını rəngarəng maqnitlər, şüşə açanlar və maqnitli qeyd kartları ilə doldurmaq artıq bir ənənəyə çevrilib. Lakin məsum görünən bu vərdiş müasir soyuducular üçün ciddi təhlükə yaradır.
Oxu24.com xəbər verir ki, müasir soyuducular artıq sadə bir soyutma cihazı deyil. Onların daxilindəki sensorlar, rəqəmsal panellər, ağıllı prosessorlar və inverter sistemləri ilə sanki bir kompüter kimi işləyirlər. Texniki servis mütəxəssisləri bildirirlər ki, qapılara yapışdırılan maqnitlər bu həssas elektron komponentlərə mənfi təsir göstərir.
.
Maqnitlər soyuducuya necə zərər verir?
Daimi maqnit sahəsi altında qalan cihazlarda zamanla prosessorlarda qarışıqlıq yaranır, soyutma performansı düşür və elektrik enerjisi istehlakı nəzərəçarpacaq dərəcədə artır. Xüsusilə toxunmatik ekranlı, Wi-Fi bağlantılı və "ağıllı" modellər bu problemdən ən çox təsirlənənlər arasındadır.
Servis texnikləri qeyd edirlər ki, son dövrlərdə tez-tez rast gəlinən ana plata (materinskaya plata) nasazlıqları və rəqəmsal panel pozulmalarının əhəmiyyətli bir hissəsi məhz intensiv maqnit istifadəsindən qaynaqlanır. Sadə bir maqnit bəzəyi bir anda minlərlə manatlıq təmir xərcinə çevrilə bilər.
Həmçinin oxuyun
Xatirələri qorumaq üçün alternativ üsullar
Xatirələrinizdən imtina etmək məcburiyyətində deyilsiniz, sadəcə onların yerini dəyişmək kifayətdir. Texniki servis mütəxəssisləri soyuducu qapıları əvəzinə mətbəx divarına asa biləcəyiniz şık metal panoları və ya xüsusi maqnitli boyaları tövsiyə edirlər.
Beləcə həm kolleksiyanızı nümayiş etdirə bilər, həm də bahalı soyuducunuzu maqnit zərərindən qoruya bilərsiniz.
00:58 / 07 Aprel 2026
2
00:32 / 07 Aprel 2026
27
23:58 / 06 Aprel 2026
37
23:18 / 06 Aprel 2026
146
23:00 / 06 Aprel 2026
76
22:44 / 06 Aprel 2026
177
22:31 / 06 Aprel 2026
80
22:16 / 06 Aprel 2026
210
22:07 / 06 Aprel 2026
216
21:52 / 06 Aprel 2026
182
21:33 / 06 Aprel 2026
79
21:26 / 06 Aprel 2026
87
21:08 / 06 Aprel 2026
94
20:56 / 06 Aprel 2026
210
20:50 / 06 Aprel 2026
211
20:38 / 06 Aprel 2026
182
20:30 / 06 Aprel 2026
84
20:10 / 06 Aprel 2026
249
20:06 / 06 Aprel 2026
117
20:02 / 06 Aprel 2026
165
20:00 / 06 Aprel 2026
234
19:55 / 06 Aprel 2026
70
19:50 / 06 Aprel 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.