İşdən çıxanda bu şəxslərə pul verilir
05 Aprel 2026, 00:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
176
04.04.2026, 19:19
Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyinin məzunu Selcan Süleymanlı dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Massaçusets Texnologiyalar İnstitutuna (MIT) qəbul alıb.
Oxu24.com xəbər verir ki, o, “QS World University Rankings 2026” reytinqinə əsasən dünyada 1-ci yerdə qərarlaşan bu ali məktəbdə tələbə adını qazanıb.
Selcan Süleymanlı məktəb illərində bir sıra nüfuzlu olimpiadalarda yüksək nəticələr göstərib.
O, Respublika Fənn Olimpiadalarında 2022-ci ildə bürünc, 2023 və 2024-cü illərdə qızıl, 2025-ci ildə isə gümüş medal qazanıb. Azərbaycan Astronomiya və Astrofizika Olimpiadasında 2023-cü ildə bürünc, 2024-cü ildə isə qızıl medal (“birincilərin birincisi”) əldə edib.
Həmçinin oxuyun
Bundan əlavə, Selcan Süleymanlı 2025-ci ildə Asiya Fizika Olimpiadasında həvəsləndirici mükafata layiq görülüb, Beynəlxalq Fizika Olimpiadasında isə bürünc medal qazanaraq bu yarışda medal əldə edən ilk azərbaycanlı qız kimi tarixə düşüb.
O, beynəlxalq səviyyədə qazandığı nailiyyətlərlə Azərbaycanı uğurla təmsil edərək ölkə təhsilinin nüfuzunu bir daha yüksəldib.
Qeyd edək ki, Selcan Süleymanlı TDV Bakı Türk Liseyinin MIT-ə qəbul olunan üçüncü məzunudur. Daha əvvəl 2023-cü ildə Dəniz Səttarlı, 2024-cü ildə isə Sevinc Mahmudova həmin ali təhsil müəssisəsinə qəbul olunub. (Modern.az)
00:47 / 05 Aprel 2026
1
00:09 / 05 Aprel 2026
100
23:55 / 04 Aprel 2026
121
23:42 / 04 Aprel 2026
45
23:26 / 04 Aprel 2026
65
23:22 / 04 Aprel 2026
96
23:04 / 04 Aprel 2026
207
22:47 / 04 Aprel 2026
807
22:39 / 04 Aprel 2026
167
22:27 / 04 Aprel 2026
660
22:24 / 04 Aprel 2026
152
22:22 / 04 Aprel 2026
214
22:20 / 04 Aprel 2026
192
22:20 / 04 Aprel 2026
2648
22:11 / 04 Aprel 2026
337
22:04 / 04 Aprel 2026
537
21:58 / 04 Aprel 2026
192
21:41 / 04 Aprel 2026
186
21:28 / 04 Aprel 2026
64
20:52 / 04 Aprel 2026
68
20:39 / 04 Aprel 2026
128
20:27 / 04 Aprel 2026
69
20:10 / 04 Aprel 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.