İspanaq və qəhvə sizi cavanlaşdıracaq
12 Noyabr 2026, 17:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1443
04.04.2026, 22:39
Bakıda və Abşeron yarımadasında on illərdir həllini gözləyən sənədsiz evlər problemi ilə bağlı yeni mərhələ başlayır.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucun açıqlamaları, bu sahədə genişmiqyaslı “əmlak amnistiyası”nın anonsu kimi qiymətləndirilir. Təxminən 500 mindən çox daşınmaz əmlakın taleyini müəyyənləşdirəcək bu proses həm vətəndaşların mülkiyyət hüquqlarının tanınması, həm də iqtisadi dövriyyənin canlanması baxımından böyük əhəmiyyət kəsb edir.
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı NOCOMMENT.az-a danışan tikinti sahəsi üzrə ekspert Camal Abışov bildirib ki, sənədləşmə prosesinin sürətlənməsi tikinti sektorunda şəffaflığı təmin edəcək əsas amildir: “Uzun müddətdir ki, çıxarışı olmayan evlər həm dövlət büdcəsinə daxilolmalar, həm də vətəndaşların əmlak üzərində sərəncam vermək imkanları qarşısında bir sədd idi. Vüqar müəllimin qeyd etdiyi 15 günlük cavab müddəti vətəndaşın vaxt itkisinin qarşısını alacaq. Bu, əslində dövlətin vətəndaşa ‘mülkiyyətinə sahib çıx’ çağırışıdır”.
Onun sözlərinə görə, sənədləşmə prosesində ən vacib məqam tikililərin yerləşdiyi ərazilərin təhlükəsizlik statusudur: “Hər bir sənədsiz ev avtomatik çıxarış alacaq deyə bir qayda yoxdur. Xüsusilə yüksək gərginlikli elektrik xətlərinin altında, magistral boru kəmərlərinin mühafizə zolağında və ya sürüşmə zonalarında yerləşən evlərin sənədləşdirilməsi texniki baxımdan risklidir. Lakin qanunsuz sayılmayan, infrastruktur layihələrinə mane olmayan fərdi yaşayış evlərinin kütləvi şəkildə qeydiyyata alınması sosial gərginliyi tamamilə aradan qaldıracaq”.
Ekspert bildirib ki, bu addım həm də daşınmaz əmlak bazarında qiymətlərə təsir göstərəcək: “Sənədləşən hər bir əmlakın bazar dəyəri dərhal 20-30 faiz artır. Vətəndaşlar artıq öz evlərini girov qoyub bankdan kredit götürə və ya rəsmi alqı-satqı müqaviləsi ilə sata biləcəklər. Hesab edirəm ki, ilkin mərhələdə qeyri-yaşayış obyektlərindən başlanılması düzgün taktikadır, çünki bu, sahibkarlıq subyektlərinin leqallaşmasına xidmət edir. Növbəti mərhələdə fərdi evlərin sənədləşdirilməsi isə ölkə iqtisadiyyatına milyardlarla manatlıq aktivin rəsmi daxil olması deməkdir”.
17:53 / 12 Noyabr 2026
1
17:19 / 12 Noyabr 2026
56
16:25 / 12 Noyabr 2026
78
16:21 / 12 Noyabr 2026
100
15:55 / 12 Noyabr 2026
93
15:36 / 12 Noyabr 2026
451
15:15 / 12 Noyabr 2026
157
15:12 / 12 Noyabr 2026
93
14:15 / 12 Noyabr 2026
178
14:04 / 12 Noyabr 2026
459
13:59 / 12 Noyabr 2026
359
13:55 / 12 Noyabr 2026
126
13:45 / 12 Noyabr 2026
245
13:36 / 12 Noyabr 2026
338
13:29 / 12 Noyabr 2026
145
13:21 / 12 Noyabr 2026
163
13:20 / 12 Noyabr 2026
189
13:18 / 12 Noyabr 2026
606
13:16 / 12 Noyabr 2026
187
13:07 / 12 Noyabr 2026
508
13:04 / 12 Noyabr 2026
124
13:00 / 12 Noyabr 2026
134
12:40 / 12 Noyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.