SON DƏQİQƏ! Lalə Azərtaşın verilişi də bağlandı
17 Mart 2026, 23:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
71
17.03.2026, 20:19
"Hazırda Azərbaycanda yayılan virus rotaviruslardır. Əslində bu viruslar ilboyu yayılır və mütəmadi olaraq da yoxa çıxır".
Oxu24.com bildirir ki bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla hazırda ölkədə geniş yayılan virusdan danışarkən deyib.
O bildirib ki, xəstəlik daha çox mədə-bağırsaq şikayətləri - qarın ağrısı, ürək bulanma, qusma kimi əlamətlərlə özünü göstərir:
"5 yaşına qədər istəlinən uşaq ildə bir dəfə rotavirusa yoluxur. Əvvəl bu xəstəlik uşaqlar arasında yayılırdı, artıq yaşlı adamlar da bu virusa yoluxur. Bəzən virus güclü ishal yaradır. Əgər xəstəliyin qarşısı vaxtında alınmasa və maye itkisi çoxalarsa, bəzi şəxslərdə hətta ölümə gətirib çıxarda bilər. Bu səbəbdən xəstəlik bir neçə gün davam edərsə, mütləq həkimə müraciət etmək lazımdır. Bundan əlavə, bəzi gigiyenik tədbirlər də görülməlidir ki, virus ailədə başqalarına yoluxmasın. Virus əsasən fekal-oral (xəstənin ifrazatlarının hansısa yolla əllərə, oradan isə ağız boşluğuna düşməsi) yolla yayılır".
Həmçinin oxuyun
Adil Qeybulla hesab edir ki, xəstəliyə yoluxan şəxs ilk növbədə maye qəbuluna diqqət etməlidir:
"Həddən artıq qarın gedərsə, o zaman mədə-bağırsaq traktının aktivliyini endirən dərmanlar qəbul etmək lazımdır. Bundan əlavə, maye itkisi çoxdursa, xəstəyə müxtəlif infuziyalar olunmalıdır ki, bərpa oluna bilsin. Dehidratasiya ürək və xroniki arterial xəstələri üçün çox təhlükəlidir".
Professor virusun həyat üçün təhlükəli olmadığını vurğulayıb:
"Virus pandemiyaya meyilli deyil. Onun peyvəndlərindən istifadə etmək olar. Vaksinasiya virusun qarşısını alır və bu məqsədəuyğundur".
23:39 / 17 Mart 2026
26
23:25 / 17 Mart 2026
81
23:11 / 17 Mart 2026
157
22:53 / 17 Mart 2026
129
22:46 / 17 Mart 2026
219
22:40 / 17 Mart 2026
50
22:16 / 17 Mart 2026
74
22:13 / 17 Mart 2026
491
22:08 / 17 Mart 2026
50
21:59 / 17 Mart 2026
229
21:57 / 17 Mart 2026
149
21:47 / 17 Mart 2026
45
21:43 / 17 Mart 2026
176
21:41 / 17 Mart 2026
43
21:37 / 17 Mart 2026
53
21:31 / 17 Mart 2026
442
21:30 / 17 Mart 2026
182
21:09 / 17 Mart 2026
3978
21:09 / 17 Mart 2026
218
20:59 / 17 Mart 2026
598
20:54 / 17 Mart 2026
187
20:53 / 17 Mart 2026
80
20:44 / 17 Mart 2026
182
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.