Qaradağ İH-nin sabiq vəzifəli şəxsləri barədə qərar verilib
23 Oktyabr 2026, 12:10
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
840
17.03.2026, 20:53
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə qəsdən sağlamlığa ağır zərər vurma ciddi cinayət hesab olunur və bu əmələ görə müxtəlif hallardan asılı olaraq fərqli cəzalar tətbiq edilir.
Cinayət Məcəlləsinin 126-cı maddəsinə əsasən, insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin itirilməsi, hər hansı orqanın funksiyasının itirilməsi, psixi pozuntu, əmək qabiliyyətinin uzun müddətə itirilməsi, hamiləliyin pozulması və ya sifətin silinməz dərəcədə eybəcərləşdirilməsi ilə nəticələnən qəsdən törədilmiş xəsarətlər ağır zərər hesab olunur.
Məsələ ilə bağlı Oxu24.com-a danışan vəkil Esmira Rzayeva bildirib ki, qanunvericilikdə bu əməllərə görə bir neçə kateqoriya üzrə cəzalar nəzərdə tutulub.
Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Əgər eyni əməl iki və ya daha çox şəxsə qarşı törədildikdə, bir qrup şəxs tərəfindən, xüsusi amansızlıqla, xuliqanlıq niyyəti ilə, köməksiz vəziyyətdə olan şəxsə qarşı və ya zərərçəkmişin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar baş verərsə, bu zaman məsuliyyət daha da ağırlaşır. Belə hallarda altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunur.
Vəkil qeyd edib ki, əgər bu əməl ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olarsa, Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə əsasən təqsirli şəxs doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum edilə bilər.
Hüquqşünas vurğulayıb ki, bu cür cinayətlər cəmiyyət üçün təhlükəli hesab olunur və qanunvericilik həmin əməllərə görə ciddi cəzalar müəyyənləşdirib.
Hazırladı: Şahbaz
12:34 / 23 Oktyabr 2026
54
12:20 / 23 Oktyabr 2026
42
12:18 / 23 Oktyabr 2026
45
12:15 / 23 Oktyabr 2026
64
12:13 / 23 Oktyabr 2026
49
12:10 / 23 Oktyabr 2026
46
12:07 / 23 Oktyabr 2026
151
12:00 / 23 Oktyabr 2026
48
11:43 / 23 Oktyabr 2026
240
11:23 / 23 Oktyabr 2026
71
11:19 / 23 Oktyabr 2026
79
11:17 / 23 Oktyabr 2026
320
11:05 / 23 Oktyabr 2026
78
10:55 / 23 Oktyabr 2026
423
10:50 / 23 Oktyabr 2026
84
10:31 / 23 Oktyabr 2026
149
10:29 / 23 Oktyabr 2026
82
10:25 / 23 Oktyabr 2026
199
10:24 / 23 Oktyabr 2026
81
09:54 / 23 Oktyabr 2026
81
09:48 / 23 Oktyabr 2026
534
09:46 / 23 Oktyabr 2026
197
09:41 / 23 Oktyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.