Zığ şosesində məhdudiyyət aradan qaldırılıb
01 Oktyabr 2026, 08:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
869
17.03.2026, 21:57
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına görə, adambaşına 10–15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.
Fitrə zəkatının 10–15 manat arası müəyyən edilməsi insanlar arasında birmənalı qarşılanmır. Elə adamlar var ki, fitrə vermək istəyir, lakin bu cür fətvaları görəndə çəkinir, gücü çatan məbləği fitrə kimi verməkdən utanır.
İnsanlar ürəklərindən keçən qədər fitrə verə bilərmi? Dində bununla bağlı hansısa bir tələb və ya qadağa varmı?
Oxu24.com xəbər verir ki Qaynarinfo-nun suallarını cavablandıran ilahiyyatçı Tural İrfan deyir ki, Qafqaz Müsəlmanları İdarəsinin verdiyi bu fətva zülmdür, ədalətsizdir:
"Çünki insanların hamısı eyni maaşı almır, eyni təbəqədən deyil, eyni şəraitdə yaşamır. Bundan başqa, bu fətva həm də dinin əleyhinədir. Peyğəmbərin hədislərində buyurulur ki, arpa, buğda, xurma və s. ilə fitrə zəkatı müəyyənləşdirilməlidir. Məhəmməd Peyğəmbər bu meyarın bütün dövrlərdə müəyyənləşməsi üçün həmin məhsullarla ölçü müəyyən edərək kateqoriyalara bölmüşdü ki, insanlar sosial vəziyyətinə görə bu fitrəni versin.
Məsələn, imkanı arpaya çatanlar arpanın qiymətinə mütənasib, xurma almağa imkanı çatanlar isə onun məbləğinə uyğun fitrə zəkatı verməlidir. İndi isə meyarları standartlaşdıraraq bir rəqəm qoymaq yanlış məsələdir. Bizdə verilən fətvalar adətən İran mollalarının verdiyi fətvalardır. Onları təqlid etdiklərinə görə özləri fətva çıxarmaq imkanına malik deyillər. Bu fətvalar dinin, Quranın, Allahın əleyhinədir, ölkədə dindarlar arasında müxtəlif fikir ayrılığı yaradır. Ümumiyyətlə, dinə meyilli adamları dindən uzaqlaşdırır.
Qafqaz Müsəlmanları İdarəsi çar dövrünün, marksizmin, sovet dövrünün ənənələrini yaşadır. Hətta fətvalarında "təsadüf” sözü işlədilir. Bunlar bu ifadə ilə materializmi qəbul edirlər. Allahın yaratdığına inanmırlar, məsələn, deyirlər ki, Yer təsadüfən yaranıb. Deyirlər, Ramazan ayı, bayramı, Qədr gecəsi filan günə təsadüf edir. Halbuki Ramazan ayı heç vaxt təsadüf etmir, təvafüq edir. "Təsadüf" Darvinin, marksizmin fəlsəfəsidir. Ona görə bu idarənin fətvasını müzakirə etmək düzgün deyil".
Fitrə zəkatının mahiyyətinin izahını verən ilahiyyatçı vurğulayıb ki, fitrə zəkatı oruc tutan insanların Ramazan ayının sonunda kasıblara, fəqir insanlara etdiyi könüllü yardım, köməklik, ianədir:
"Oruc tutan və ya üzürlü səbəblərdən oruc tutmayan hər bir ailə üzvü üçün imkanı çatan hər bir şəxs fitrə verməlidir. Peyğəmbərin hədislərində qəti şəkildə buyurulub ki, fitrənin məbləği ailələrin sosial vəziyyətinə görə fərqlənir. Hamı üçün standart ölçünün müəyyən edilməsi doğru deyil, haqsızlıq olar. Din ədalət prinsipinə əsaslanır”.
Tural İrfan deyir ki, internet dövrüdür, insanlar fitrə ilə bağlı məlumatları araşdıra bilər. Kimin gücü nəyə çatırsa, fitrəsini də elə verə bilər:
"Manata gücü çatan manatla, qəpiyə gücü çatan qəpiklə, qızıla gücü çatan qızıl ilə versin. Onlar insanları yanlış fətvalarla, yanlış fikirlərlə çaşdırırlar. Ümumiyyətlə, ibadətə qiymət qoymaq olmaz. O qədər buna öyrəşiblər ki, indi bütün ibadətləri də alverə çeviriblər. Bunu deyərkən kasıbları da nəzərə almaq lazımdır. Onların haqqına girmək olmaz. Oruc tutan bir kasıba pis gəlir ki, o bu məbləği verə bilməyəcək. Ya da əziyyət çəkərək, uşağının boğazından kəsərək bu fitrəni verirlər”.
08:03 / 01 Oktyabr 2026
1
23:02 / 30 Sentyabr 2026
101
22:17 / 30 Sentyabr 2026
4706
22:16 / 30 Sentyabr 2026
115
21:40 / 30 Sentyabr 2026
482
21:12 / 30 Sentyabr 2026
1189
21:10 / 30 Sentyabr 2026
78
20:44 / 30 Sentyabr 2026
81
20:38 / 30 Sentyabr 2026
428
20:33 / 30 Sentyabr 2026
84
20:10 / 30 Sentyabr 2026
180
20:10 / 30 Sentyabr 2026
97
19:50 / 30 Sentyabr 2026
92
19:35 / 30 Sentyabr 2026
801
19:26 / 30 Sentyabr 2026
267
19:26 / 30 Sentyabr 2026
97
19:23 / 30 Sentyabr 2026
84
19:21 / 30 Sentyabr 2026
100
19:15 / 30 Sentyabr 2026
84
19:12 / 30 Sentyabr 2026
102
19:01 / 30 Sentyabr 2026
114
18:53 / 30 Sentyabr 2026
179
18:45 / 30 Sentyabr 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.