Ən mənəviyyatlı və müdrik insanlar hansı aylarda doğulur?
12 Oktyabr 2026, 00:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
636
17.03.2026, 21:41
Bu gün smartfonlarda bir düymə ilə yerimizi dəqiq müəyyən etmək mümkün olsa da, GPS texnologiyasının yaranma tarixi bir çoxları üçün maraqlı olaraq qalır.
GPS (Global Positioning System) — qlobal mövqeləndirmə sistemi — yer üzərində insanın, nəqliyyat vasitələrinin və digər obyektlərin dəqiq yerini müəyyən etmək üçün istifadə olunur.
Oxu24.com xəbər verir ki,lakin bu texnologiya ilkin olaraq mülki deyil, hərbi məqsədlər üçün yaradılıb.
Tarixə nəzər saldıqda, 1957-ci ildə Sovet İttifaqının ilk süni peyki — Sputnik 1 kosmosa buraxıldıqdan sonra amerikalı alimlər onun radio siqnallarını araşdırarkən mühüm bir kəşf ediblər. Peyk hərəkət etdikcə siqnal tezliyinin dəyişməsi — Doppler effekti — vasitəsilə obyektlərin yerini hesablamağın mümkün olduğu müəyyənləşdirilib.
Bu ideya ABŞ Müdafiə Nazirliyinin diqqətini çəkib və 1970-ci illərdə GPS sistemi üzərində ciddi işlərə başlanılıb. Məqsəd hərbi texnikanın izlənməsi, raketlərin dəqiq yönləndirilməsi və qoşunların yerləşməsinin müəyyən edilməsi olub.
1995-ci ildə sistem tam şəkildə istifadəyə verilib. Yer ətrafında dövr edən 24-dən çox peyk vasitəsilə işləyən GPS cihazları ən azı 4 peykdən siqnal alaraq istifadəçinin yerini yüksək dəqiqliklə hesablayır.
Əvvəlcə yalnız hərbi məqsədlər üçün nəzərdə tutulan bu sistem, 2000-ci ildə mülki istifadəyə açıldıqdan sonra geniş yayılıb. Bu gün GPS texnologiyası xəritə tətbiqlərindən tutmuş aviasiya, dənizçilik, logistika və gündəlik həyatın bir çox sahəsində istifadə olunur.
Mütəxəssislər qeyd edir ki, GPS-in maraqlı cəhətlərindən biri onun internetdən asılı olmamasıdır — sistem birbaşa peyklərlə əlaqə quraraq işləyir.
Beləliklə, bir vaxtlar hərbi məqsədlərlə yaradılan bu texnologiya bu gün insanların gündəlik həyatında əvəzolunmaz alətə çevrilib.
Hazırladı: Jalə
00:36 / 12 Oktyabr 2026
1
00:35 / 12 Oktyabr 2026
12
00:17 / 12 Oktyabr 2026
109
23:55 / 11 Oktyabr 2026
57
23:50 / 11 Oktyabr 2026
281
23:43 / 11 Oktyabr 2026
67
23:37 / 11 Oktyabr 2026
67
23:30 / 11 Oktyabr 2026
386
23:21 / 11 Oktyabr 2026
107
23:09 / 11 Oktyabr 2026
340
23:02 / 11 Oktyabr 2026
104
22:49 / 11 Oktyabr 2026
249
22:46 / 11 Oktyabr 2026
103
22:28 / 11 Oktyabr 2026
1330
22:25 / 11 Oktyabr 2026
148
22:22 / 11 Oktyabr 2026
339
22:19 / 11 Oktyabr 2026
120
21:59 / 11 Oktyabr 2026
180
21:51 / 11 Oktyabr 2026
994
21:42 / 11 Oktyabr 2026
197
21:32 / 11 Oktyabr 2026
89
21:29 / 11 Oktyabr 2026
139
21:20 / 11 Oktyabr 2026
440
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.