Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın!
14 Oktyabr 2026, 17:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
11588
16.03.2026, 13:36
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə oxucunun pensiya ilə bağlı sualına cavab hazırladıq.
Sual: 65 yaşım var,bu vaxta kimi rəsmi iş yerim olmayıb.Mənə pensiya düşür?
Cavab: Şəxs heç bir zaman işləməyibsə, bu zaman digər növ sosial müavinət ala bilir.
Yəni, pensiyanın şərtlərini ödəmirsə, 25 il stajı yoxdursa və ya minimum pensiya təminatına imkan verən pensiya kapitalı yoxdursa, onun avtomatik olaraq sosial müavinət almaq hüququ yaranır.
Qeyd edək ki,Azərbaycanda pensiya yaşı 65-dir. Hazırda Azərbaycanda yaşa görə verilən sosial müavinət 220 manatdır.
Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.
Müavinət hansı halda təyin olunur?
Əmək pensiyası almayan, rəsmi gəlirləri olmayan, yəni işləməyən 65 yaşına çatmış kişilərə və 64,5 yaşına çatmış qadınlara sosial yardım göstərilməsi məqsədilə yaşa görə müavinət verilir.
Qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Buna baxmayaraq qadın və kişilərin sosial vəziyyətindən asılı olaraq bu müavinəti almaq üçün onlara aşağıdakı güzəştlər də edilir:
Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan qadınların, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinət hüququ vardır. Deməli, qadın 59 yaşındadırsa, qeyd olunan şərtlərə uyğun gəlirsə və pensiya hüququ yoxdursa, həmçinin işləmirsə, o zaman ona yaşa görə müavinət təyin edilir;
Əlilliyi müəyyən edilmiş uşağı olan qadınların, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılır;
Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılır;
Əlilliyi müəyyən edilmiş uşağı olan kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılır.
Hazırladı: Jalə
17:54 / 14 Oktyabr 2026
13
17:50 / 14 Oktyabr 2026
21
17:46 / 14 Oktyabr 2026
27
17:45 / 14 Oktyabr 2026
102
17:01 / 14 Oktyabr 2026
179
16:59 / 14 Oktyabr 2026
56
16:50 / 14 Oktyabr 2026
126
16:45 / 14 Oktyabr 2026
86
16:38 / 14 Oktyabr 2026
135
16:33 / 14 Oktyabr 2026
79
16:25 / 14 Oktyabr 2026
146
16:21 / 14 Oktyabr 2026
74
16:19 / 14 Oktyabr 2026
69
16:15 / 14 Oktyabr 2026
174
16:15 / 14 Oktyabr 2026
97
16:11 / 14 Oktyabr 2026
99
15:53 / 14 Oktyabr 2026
751
15:43 / 14 Oktyabr 2026
90
15:37 / 14 Oktyabr 2026
208
15:34 / 14 Oktyabr 2026
101
15:31 / 14 Oktyabr 2026
142
15:18 / 14 Oktyabr 2026
94
15:14 / 14 Oktyabr 2026
432
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.