Azərbaycanda toyda hadisə: 50 nəfər xəstəxanalıq oldu
01 Oktyabr 2026, 08:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
734
16.03.2026, 13:14
Qəbul imtahanlarına sayılı günlər qalıb. Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, II və III ixtisas qrupları üzrə imtahanlar mayın 24-ü, I və IV qrupları üzrə iyunun 7-si olacaq. Həmçinin coğrafiya fənni üzrə əlavə imtahanda iyunun 7-də keçiriləcək.
Məlumdur ki, qəbul imtahanları hər bir şagirdin həyatında mühüm mərhələlərdən biridir. Bu imtahanlar yalnız bilik səviyyəsini yoxlamaq deyil, həm də məsuliyyət, səbr və düzgün planlaşdırma bacarığını tələb edir. Uğur qazanmaq üçün şagirdlər bəzi vacib qaydalara əməl etməlidirlər.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, qəbul imtahanları yaxınlaşdıqca şagirdlərdə həyəcan və stressin artması çox normaldır.
Ekspertin fikrincə, imtahanda uğur qazanmaq yalnız çox oxumaqla deyil, həm də düzgün strategiya ilə mümkündür:
“İmtahanlara planlı şəkildə hazırlaşmaq vacibdir. Şagirdlər ilk növbədə gündəlik və həftəlik oxu planı hazırlamalıdırlar. Planlı hazırlıq vaxtın daha səmərəli istifadəsinə kömək edir. Hər gün müəyyən fənlər üzrə mövzular təkrarlanmalı və testlər işlənməlidir. Mövzuları təkrar etmək də çox mühümdür. Yeni mövzu öyrənməkdən çox, artıq keçilmiş mövzuları təkrar etmək və möhkəmləndirmək vacibdir. Təkrar etmə yaddaşı gücləndirir və imtahan zamanı məlumatları daha tez xatırlamağa kömək edir”.
E.Əfəndi qeyd edib ki, qəbul imtahanları test formatında olduğu üçün şagirdlər çoxlu test işləməlidirlər:
“Bu, həm vaxtı düzgün idarə etməyə, həm də səhvləri görüb onları düzəltməyə imkan yaradır. Xüsusilə də, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların əvvəlki illərə aid testlərini işləmək faydalıdır. Lakin təkcə test işləmək kifayət deyil. Ən vacib məqamlardan biri də səhvləri analiz etməkdir. Şagird hər səhvin səbəbini müəyyən etməli və həmin mövzunu yenidən öyrənməlidir.
İmtahanda uğur qazanmaq üçün vaxtın düzgün bölüşdürülməsi də vacibdir. Şagirdlər evdə test işləyərkən özlərinə vaxt qoymalı və imtahan şəraitinə uyğun məşq etməlidirlər”.
Psixoloq Aytən Ələkbərovanın sözlərinə görə, qəbul imtahanlarının yaxınlaşması bir çox şagird üçün həm həyəcanlı, həm də stresli dövrdür:
“İmtahanda uğur qazanmaq təkcə çox oxumaqdan ibarət deyil, düzgün psixoloji hazırlıq, planlama və özünə inam da çox vacibdir. Bu mərhələdə valideynlərin də rolu böyükdür. İmtahan yaxınlaşdıqca narahatlıq normaldır. Amma həddindən artıq stress diqqəti azalda bilər. Bunun üçün gündə qısa fasilələr etmək, gəzinti və ya yüngül idman etmək, dərin nəfəs alma məşqləri etmək lazımdır. Bu üsullar beynin sakitləşməsinə kömək edir.
Bir çox şagird “bacarmaram” düşüncəsi ilə özünü qorxudur. Halbuki bu düşüncə performansı aşağı sala bilər. Ancaq unutmaq olmaz ki, müsbət düşüncə beynin daha effektiv işləməsinə kömək edir”.
Psixoloq qeyd edib ki, ən önəmli məqamlardan biri şagirdlərin özünü başqaları ilə müqayisə etməsidir. Belə hallara yol vermək olmaz:
“Hər şagirdin öyrənmə sürəti fərqlidir. Başqaları ilə müqayisə etmək motivasiyanı azalda bilər. Ən yaxşı yanaşma şagirdin özünün əvvəlki nəticələrini yaxşılaşdırmağa fokuslanmasıdır”.
Yeganə
09:32 / 01 Oktyabr 2026
12
09:28 / 01 Oktyabr 2026
26
09:15 / 01 Oktyabr 2026
39
08:56 / 01 Oktyabr 2026
123
08:54 / 01 Oktyabr 2026
50
08:47 / 01 Oktyabr 2026
50
08:46 / 01 Oktyabr 2026
48
08:03 / 01 Oktyabr 2026
62
23:02 / 30 Sentyabr 2026
107
22:17 / 30 Sentyabr 2026
5592
22:16 / 30 Sentyabr 2026
121
21:40 / 30 Sentyabr 2026
752
21:12 / 30 Sentyabr 2026
1381
21:10 / 30 Sentyabr 2026
83
20:44 / 30 Sentyabr 2026
86
20:38 / 30 Sentyabr 2026
530
20:33 / 30 Sentyabr 2026
89
20:10 / 30 Sentyabr 2026
186
20:10 / 30 Sentyabr 2026
103
19:50 / 30 Sentyabr 2026
94
19:35 / 30 Sentyabr 2026
993
19:26 / 30 Sentyabr 2026
276
19:26 / 30 Sentyabr 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.