Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
13 Noyabr 2026, 14:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2504
09.03.2026, 11:47
Gürcüstanda dövlət universitetlərinə qəbul olan tələbələr artıq magistratura səviyyəsində də təhsil haqqından azad ediləcəklər. Təhsil, elm və gənclər nazirinin müavini Zviad Qabisonia bildirib ki, ölkədə ali təhsil tamamilə pulsuz olacaq.
Bəs Azərbaycanda da tələbələr təhsil haqqından azad oluna bilərlərmi?
Məsələ ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Oxu24.com-a açıqlamasında qeyd edib ki, Gürcüstanda ali təhsilin mərhələli şəkildə pulsuzlaşdırılması ilə bağlı qərar maraqlı və diqqətəlayiq bir yanaşmadır:
“Bu addımın əsas məqsədi ali təhsilin əlçatanlığını artırmaq və gənclərin təhsil imkanlarını genişləndirməkdir. Lakin hər bir ölkənin iqtisadi imkanları, ali təhsil sistemi və maliyyələşdirmə modeli fərqli olduğu üçün bu təcrübəni birbaşa digər ölkələrə tətbiq etmək həmişə mümkün olmur. Gürcüstanın tətbiq etdiyi model müəyyən mənada müsbət nümunə kimi araşdırıla bilər, amma Azərbaycan üçün eyni mexanizmin tam şəkildə tətbiqi yalnız sistemli iqtisadi və təhsil siyasəti analizindən sonra mümkün ola bilər.
Azərbaycanda hazırda ali təhsil sistemi həm dövlət sifarişi, həm də ödənişli əsaslarla fəaliyyət göstərir və son illərdə dövlət sifarişli yerlərin sayının artırılması istiqamətində müəyyən addımlar atılıb. Bu, əslində ali təhsilin müəyyən hissəsinin artıq dövlət tərəfindən maliyyələşdirilməsi deməkdir. Lakin ali təhsilin tam şəkildə pulsuz olması kifayət qədər böyük maliyyə resursları tələb edir. Universitetlərin maddi-texniki bazası, müəllim heyətinin əməkhaqqı, elmi fəaliyyət və infrastruktur xərcləri nəzərə alınanda dövlət büdcəsi üçün bu modelin tam şəkildə tətbiqi hazırkı mərhələdə çətin görünə bilər. Daha real yanaşma isə dövlət sifarişli yerlərin mərhələli şəkildə artırılması, sosial həssas qruplar üçün əlavə güzəştlərin tətbiqi və təhsil kreditlərinin daha əlçatan mexanizmə çevrilməsi ola bilər.
Digər tərəfdən, ali təhsilin tam pulsuz olması məsələsi təkcə sosial deyil, həm də iqtisadi məsələdir. Dövlət bütün tələbələrin təhsil xərclərini öz üzərinə götürərsə, bu vəsait haradansa təmin olunmalıdır və bu, müəyyən hallarda büdcə xərclərinin artmasına səbəb ola bilər. Dolayısı ilə bəzi ölkələrdə belə modellər vergi siyasəti ilə balanslaşdırılır. Ona görə də ali təhsilin tam pulsuz olması ideyası cəmiyyət üçün cəlbedici görünsə də, bunun arxasında dayanan iqtisadi mexanizmlər və uzunmüddətli maliyyə dayanıqlılığı çox ciddi şəkildə hesablanmalıdır.
Düşünürəm ki, Azərbaycan üçün ən optimal yol ali təhsilin tam pulsuz olması deyil, daha çox ədalətli və əlçatan maliyyələşdirmə modelinin qurulmasıdır. Yəni istedadlı və yüksək nəticə göstərən gənclərin, eləcə də sosial baxımdan həssas qrupların ali təhsilə daha rahat çıxışını təmin edən mexanizmlərin genişləndirilməsi daha real və effektiv yanaşma hesab oluna bilər. Bu, həm dövlət büdcəsi üçün daha dayanıqlı model yaradar, həm də ali təhsildə keyfiyyət və rəqabət mühitini qoruyub saxlaya bilər”,-deyə ekspert bildirib.
Çimnaz Telmanqızı
14:05 / 13 Noyabr 2026
1
14:00 / 13 Noyabr 2026
13
13:43 / 13 Noyabr 2026
76
13:41 / 13 Noyabr 2026
57
13:20 / 13 Noyabr 2026
61
13:05 / 13 Noyabr 2026
83
12:57 / 13 Noyabr 2026
74
12:45 / 13 Noyabr 2026
100
12:32 / 13 Noyabr 2026
127
12:20 / 13 Noyabr 2026
88
12:17 / 13 Noyabr 2026
88
12:08 / 13 Noyabr 2026
583
11:55 / 13 Noyabr 2026
102
11:45 / 13 Noyabr 2026
167
11:40 / 13 Noyabr 2026
98
11:21 / 13 Noyabr 2026
322
11:15 / 13 Noyabr 2026
103
11:12 / 13 Noyabr 2026
202
11:00 / 13 Noyabr 2026
120
10:50 / 13 Noyabr 2026
109
10:45 / 13 Noyabr 2026
160
10:39 / 13 Noyabr 2026
133
10:25 / 13 Noyabr 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.