Qaynar xətt:

(+99450) 247 90 86

Qəhvə diabet riskini azalda bilər  

Qəhvə diabet riskini azalda bilər  

CƏMİYYƏT

145

08.03.2026, 18:51

Qəhvə ilə diabet arasındakı əlaqə uzun illərdir elm dünyasında müzakirə olunan mövzulardan biridir.

Oxu24.com xəbər verir ki, ABŞ-də fəaliyyət göstərən Harvard Universitetinin alimləri bu mövzu ilə bağlı yeni araşdırma nəticələrini açıqlayıblar.

Tədqiqat göstərir ki, qəhvənin müntəzəm və sadə şəkildə qəbul edilməsi diabet riskini azalda bilər.

Araşdırmanın nəticələrinə görə, hər gün müntəzəm olaraq sadə qəhvə içən insanlarda 2-ci tip şəkərli diabetin yaranma ehtimalı təxminən 10 faiz daha aşağı olur. Lakin alimlər vurğulayırlar ki, bu təsir yalnız şəkərsiz və əlavəsiz qəhvə üçün keçərlidir. Şəkərli, südlü və ya müxtəlif şirinləşdiricilər əlavə olunmuş qəhvələrdə eyni effekt müşahidə edilmir.

34 il davam edən genişmiqyaslı tədqiqat çərçivəsində təxminən 300 min nəfərin qəhvə içmə vərdişləri analiz edilib. Bu müddət ərzində iştirakçılardan 13 min 281 nəfərə 2-ci tip şəkərli diabet diaqnozu qoyulub. Uzunmüddətli müşahidələr qəhvənin sağlamlığa təsiri ilə bağlı mühüm nəticələr ortaya qoyub.

Tədqiqat qrupuna rəhbərlik edən alim Matthias Henn bildirib ki, qəhvənin tərkibində olan kofein və bəzi təbii bitki birləşmələri orqanizmdə diabetlə əlaqəli iltihab proseslərinin azalmasına kömək edə bilər. Məhz bu təsir xəstəliyin yaranma riskini müəyyən qədər aşağı salır.

Bununla belə, mütəxəssislər qeyd edirlər ki, qəhvə diabetdən qoruyan möcüzəvi vasitə hesab olunmamalıdır. Sağlam qidalanma, fiziki aktivlik və balanslı həyat tərzi hələ də xəstəliyin qarşısının alınmasında əsas rol oynayır.

Alimlərin qənaətinə görə, gündəlik olaraq sadə qəhvə içmək 2-ci tip şəkərli diabet riskinin azalmasına müəyyən qədər kömək edə bilər, lakin bu, sağlam həyat tərzini əvəz etmir.(musavat.com)