Şəkidə iki avtomobil toqquşdu: 4 nəfər xəstəxanalıq oldu - FOTO
23 İyul 2026, 22:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1128
04.03.2026, 14:28
Son günlər İranın bir sıra məhsulların, xüsusilə də idxal olunan qida məhsullarının satışına qadağa qoyması gündəmdədir. Bu qərarın fonunda, ölkəmizdə həmin məhsulların qiymətində artım müşahidə olunacağı düşünülür.
Bu prosesin səbəbləri və iqtisadi təsirləri barədə Oxu24.com saytına İqtisadçı ekspert Razi Abbasbəyli açıqlama verib.
“2025-ci ildə Azərbaycanla İran arasındakı ticarət dövriyyəsi 700 milyon dollara yaxın olub. Burda təxminən 685 milyon dollar İrandan Azərbaycana ixrac edilən məhsullar təşkil edib. Azərbaycandan isə İrana təxminən 15 milyon dollar dəyərində məhsul ixrac olunub. Yəni İran Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. İrandan Azərbaycana süd və süd məhsulları, kənd təsərrüfatı məhsulları, o cümlədən sənaye üçün xammal olan plastik və tikinti materialları idxal olunur. Azərbaycanın xüsusilə də tikinti bazarı sektorunda İranın payı 30%-dən çoxdur. Hal-hazırda İranda baş verən hadisələr fonunda Azərbaycana əsasən idxal edilən quru meyvə və ərzaq məhsullarının ixracatı ilə bağlı məhdudiyyətlər yarana bilər. Əlbəttə ki, bu Azərbaycan bazarında bahalaşmaya səbəb ola bilər. Çünki İranın Azərbaycanın həm ərzaq bazarında, həm də tikinti bazarında kifayət qədər böyük payı var. Və bu təchizat ixracatla bağlı logistik problemlər yaranarsa, Azərbaycanla bağlı ixracatda çətinliklər yaranarsa, əlbəttə ki, Azərbaycanda həm ərzaq məhsulları bazarında, həm də tikinti məhsulları bazarında və hətta biz qeyd edə bilərik ki, aqrar kənd təsərrüfatı məhsulları bazarında da bahalaşmaya səbəb ola bilər. Çünki hazırda elə bir mövsümdür ki, Azərbaycanın daxildə hər hansı bir tədarükü yoxdur. Qış aylarında Azərbaycan xüsusilə strateji ərzaq məhsullarını xarici ölkələrdən idxal edir. Biz bu sırada İrandan idxal edilən kartofun daha böyük həcmdə olduğunu qeyd edə bilərik. Son illərdə Azərbaycana İrandan kartof ixracı kifayət qədər yüksəlib. Bu baxımdan da biz qış aylarında aqrar kənd təsərrüfatı məhsullarında bahalaşmasının şahidi ola bilərik. Nəticə etibarilə də bu bahalaşmaya gətirib çıxara bilər”,-deyə ekspert bildirib.
Ülkər Rəhmanqızı
23:40 / 23 İyul 2026
1
23:19 / 23 İyul 2026
27
22:37 / 23 İyul 2026
59
22:15 / 23 İyul 2026
65
21:57 / 23 İyul 2026
73
21:39 / 23 İyul 2026
70
21:26 / 23 İyul 2026
79
20:51 / 23 İyul 2026
77
20:18 / 23 İyul 2026
78
19:33 / 23 İyul 2026
86
19:13 / 23 İyul 2026
95
19:09 / 23 İyul 2026
83
18:57 / 23 İyul 2026
83
18:37 / 23 İyul 2026
93
17:59 / 23 İyul 2026
114
17:45 / 23 İyul 2026
86
17:35 / 23 İyul 2026
108
17:25 / 23 İyul 2026
96
17:12 / 23 İyul 2026
129
17:04 / 23 İyul 2026
311
17:00 / 23 İyul 2026
93
16:58 / 23 İyul 2026
114
16:53 / 23 İyul 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.