Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
13 Noyabr 2026, 16:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
739
04.03.2026, 10:59
Mediasiya Şurası və Bakı 23 saylı mediasiya təşkilatı tərəfindən Bakı Slavyan Universiteti tələbələri üçün seminar keçirilib.
3 mart 2026-cı il tarixində Mediasiya Şurasının təşkilatçılığı ilə Bakı 23 Saylı mediasiya təşkilatı tərəfindən Bakı Slavyan Universiteti tələbələri üçün "Mediasiya üstünlükləri” mövzusunda maarifləndirici seminar təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Bakı 23 saylı mediasiya təşkilatının təsisçisi Esmira Rzayeva mediasiyanın mübahisələrin məhkəmədənkənar həlli üsulu olduğunu vurğulayıb.
Bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Mediasiya Şurası və mediasiya təşkilatları ailə, əmək, inzibati, kommersiya və mülki münasibətlərdən irəli gələn mübahisələrin həllində mühüm rol oynayır.
Daha sonra Mediasiya Şurasının üzvləri, Bakı 23 saylı mediasiya təşkilatının mediatorları Cəlal Hüseynov və Toğrul İsgəndərov çıxış edərək, mediasiyanın yalnız hüquqi prosedur deyil, həm də sivil razılaşma və dialoq mədəniyyəti olduğunu diqqətə çatdırıblar. Qonaqlar mediasiya prosesinin üstünlükləri, tərəflər arasında qarşılıqlı anlaşmanın formalaşdırılması və mübahisələrin məhkəməyə müraciət etmədən həlli imkanları barədə ətraflı məlumat veriblər.
Sonda iştirakçıların sualları cavablandırılıb.

Nərmin
16:59 / 13 Noyabr 2026
15
16:51 / 13 Noyabr 2026
35
16:37 / 13 Noyabr 2026
64
16:29 / 13 Noyabr 2026
48
16:08 / 13 Noyabr 2026
156
16:00 / 13 Noyabr 2026
66
15:42 / 13 Noyabr 2026
277
15:37 / 13 Noyabr 2026
83
15:30 / 13 Noyabr 2026
85
15:01 / 13 Noyabr 2026
94
14:59 / 13 Noyabr 2026
210
14:50 / 13 Noyabr 2026
108
14:46 / 13 Noyabr 2026
95
14:33 / 13 Noyabr 2026
102
14:24 / 13 Noyabr 2026
543
14:17 / 13 Noyabr 2026
453
14:12 / 13 Noyabr 2026
105
14:05 / 13 Noyabr 2026
195
14:00 / 13 Noyabr 2026
110
13:43 / 13 Noyabr 2026
229
13:41 / 13 Noyabr 2026
110
13:20 / 13 Noyabr 2026
107
13:05 / 13 Noyabr 2026
255
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.