Azərbaycanda bu deputatın mandatı LƏĞV EDİLDİ
01 Oktyabr 2026, 17:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
678
04.03.2026, 10:18
Elm və təhsil naziri Emin Əmrullayev Bakı, Gəncə, Sumqayıt şəhərlərində və müxtəlif bölgələrdə yerləşən ümumi təhsil müəssisələrinə yeni təyin olunmuş direktorlarla görüşüb.
Bu barədə Oxu24.com-a nazirlikdən məlumat verilib.
Qeyd edilib ki, nazir əvvəlcə məktəb rəhbərlərini yeni vəzifəyə təyin olunmaları münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Emin Əmrullayev bildirib ki, Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən direktorların müsabiqə yolu ilə seçilməsində məqsəd məktəblərdə peşəkar və effektiv idarəetmənin təmin edilməsidir.
Elm və təhsil naziri direktorların məktəbin inkişafına cavabdeh əsas idarəedici şəxslər olduğunu, strateji idarəetmə prinsipləri əsasında fəaliyyət göstərmələrinin vacibliyini vurğulayıb.
Məktəb və müəllimin cəmiyyətdəki nüfuzunun artırılmasının əhəmiyyətinə toxunan Emin Əmrullayev, eyni zamanda ümumi təhsilin qarşısında duran müasir çağırışları nəzərə çatdırıb. Məktəblərdə pedaqoji prosesin düzgün təşkilinin, nizam-intizam qaydalarına əməl olunmasının mühümlüyünə diqqət çəkən nazir ümumi təhsil müəssisələri rəhbərlərinin üzərinə düşən vəzifələri, bu baxımdan diqqət yetirilməsi vacib olan məqamları, sağlam tədris mühitinin formalaşdırılması və idarəetmə işinin təkmilləşdirilməsinə yönələn tədbirləri qeyd edib.
Nazir bildirib ki, direktorun əsas fəaliyyətləri sırasında tədrisin keyfiyyətinin yüksəldilməsi yer almalıdır. Təlim-tədris prosesinə sistemli nəzarət mexanizmi qurulmalı, dərslərin keyfiyyəti izlənilməli, dərs dinləmələri keçirilməli, öyrənmə prosesi düzgün təşkil edilməli və metodik işin yaxşılaşdırılması diqqətdə saxlanılmalıdır.
Daha sonra elm və təhsil naziri məktəb rəhbərlərinin müəllimlər, şagirdlər və valideynlərlə müntəzəm kommunikasiya qurmasının əhəmiyyətini və qarşılıqlı etimada əsaslanan mühitin formalaşdırılması istiqamətində işlərin aparılmasının vacibliyini qeyd edib.
Görüş məktəb direktorları ilə qarşılıqlı fikir mübadiləsi və interaktiv müzakirə şəraitində davam etdirilib və səsləndirilən məsələlərin həlli yolları müzakirə edilib, həmçinin məktəb rəhbərlərinə gələcək fəaliyyət istiqamətləri ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
17:39 / 01 Oktyabr 2026
43
17:37 / 01 Oktyabr 2026
25
17:27 / 01 Oktyabr 2026
37
17:20 / 01 Oktyabr 2026
28
17:15 / 01 Oktyabr 2026
37
17:14 / 01 Oktyabr 2026
117
17:08 / 01 Oktyabr 2026
173
17:05 / 01 Oktyabr 2026
44
17:02 / 01 Oktyabr 2026
47
16:53 / 01 Oktyabr 2026
53
16:47 / 01 Oktyabr 2026
54
16:38 / 01 Oktyabr 2026
68
16:29 / 01 Oktyabr 2026
61
16:25 / 01 Oktyabr 2026
232
15:59 / 01 Oktyabr 2026
77
15:46 / 01 Oktyabr 2026
74
15:36 / 01 Oktyabr 2026
81
15:30 / 01 Oktyabr 2026
90
15:27 / 01 Oktyabr 2026
93
14:55 / 01 Oktyabr 2026
66
14:53 / 01 Oktyabr 2026
96
14:41 / 01 Oktyabr 2026
84
14:30 / 01 Oktyabr 2026
67
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.