Milli Məclis mühüm məsələləri müzakirə edəcək
13 Noyabr 2026, 17:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
603
03.03.2026, 16:47
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor, görkəmli arxeoloq alim, tarixçi İlyas Babayevin 90 illik yubileyi münasibətilə alimin həyatı və elmi fəaliyyətini əks etdirən biblioqrafik göstərici hazırlanıb.
Oxu24.com xəbər verir ki,görkəmli alim, ömrünü Qafqaz Albaniyası tarixşünaslığının formalaşması və inkişafına, eləcə də Qəbələ bölgəsinin tarixi-mədəni irsinin sistemli tədqiqinə həsr edib. O, Qafqaz və İranın Antik dövr arxeologiyası üzrə dünyada tanınmış mütəxəssislərdən biri olub.
İlyas Babayev 270-dən çox elmi əsərin, xarici ölkələrdə nəşr olunmuş 80-dən çox elmi məqalənin müəllifidir. Onun rəhbərliyi ilə 12 namizədlik dissertasiyası müdafiə olunub.
AMEA Rəyasət Heyətinin müvafiq qərarlarına əsasən “Görkəmli Elm xadimləri” seriyası altında tərtib olunan biblioqrafik göstəricinin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Vəsaitin redaktorları Biblioqrafiya şöbəsinin müdiri, fil.ü.f.d. Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi isə baş biblioqraf Təranə Rüstəmovadır.
Göstərici İlyas Babayevin həyat və fəaliyyətinin bütün sahələrini əks etdirir. Nəşrdə İ.Babayevin əsərləri, redaktə etdiyi və rəy verdiyi əsərlər, iştirak etdiyi beynəxalq, regional və respublika səviyyəli konfranslar, elmi rəhbərlik etdiyi dissertantlar, həmçinin rəhbərlik etdiyi arxeoloji ekspedisiyalar və s. haqqında məlumatlar verilir.
Biblioqrafiya tarixçilər, arxeoloq və etnoqraflar, elmi tədqiqatçılar, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Qeyd edəki ki, bu nəşrin elektron versiyası ilə kitabxananın saytındakı elektron kitabxana bölməsində tanış olmaq mümkündür.
17:30 / 13 Noyabr 2026
23
17:18 / 13 Noyabr 2026
30
17:13 / 13 Noyabr 2026
53
17:07 / 13 Noyabr 2026
57
16:59 / 13 Noyabr 2026
64
16:51 / 13 Noyabr 2026
81
16:37 / 13 Noyabr 2026
109
16:29 / 13 Noyabr 2026
85
16:08 / 13 Noyabr 2026
203
16:00 / 13 Noyabr 2026
94
15:42 / 13 Noyabr 2026
325
15:37 / 13 Noyabr 2026
99
15:30 / 13 Noyabr 2026
100
15:01 / 13 Noyabr 2026
107
14:59 / 13 Noyabr 2026
233
14:50 / 13 Noyabr 2026
126
14:46 / 13 Noyabr 2026
110
14:33 / 13 Noyabr 2026
125
14:24 / 13 Noyabr 2026
605
14:17 / 13 Noyabr 2026
494
14:12 / 13 Noyabr 2026
120
14:05 / 13 Noyabr 2026
222
14:00 / 13 Noyabr 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.