Qaynar xətt:

(+99450) 247 90 86

Gecə vaxtı təmir aparıb, musiqi dinləyənlərə polisdən XƏBƏRDARLIQ

Gecə vaxtı təmir aparıb, musiqi dinləyənlərə polisdən XƏBƏRDARLIQ

CƏMİYYƏT

62

28.02.2026, 00:00

Gecə və istirahət saatlarında yüksək səslə musiqi dinlənilməsi, təmir-tikinti işlərinin aparılması və digər səs-küy yaradan hallara yol verilməsi vətəndaşların istirahət hüququnun pozulması ilə nəticələnir.

Oxu24.com  xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev maarifləndirici məlumat paylaşıb:

"Xatırlayaq ki, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması inzibati məsuliyyət yaradır. Qarşılıqlı hörmət və qaydalara əməl etməklə ictimai mühiti birlikdə qoruyaq".Redaktor.az