Qaynar xətt:

(+99450) 247 90 86

Şamaxıda daha bir zəlzələ oldu - Yenilənib 

Şamaxıda daha bir zəlzələ oldu - Yenilənib 

CƏMİYYƏT

75

27.02.2026, 20:00

Şamaxıda zəlzələ olub.

Oxu24.com  xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 15:52-də baş verən zəlzələnin maqnitudası 4.7 olub.

Yeraltı təkanlar 12 km dərinlikdə qeydə alınıb.

Qeyd olunub ki, zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

Sosial şəbəkə istifadəçiləri sözügedən zəlzələnin Bakı və Sumqayıt ərazisində də hiss edildiyini yazıblar. 

***

Şamaxı rayonunda daha bir zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, 3.3 maqnitudalı zəlzələ yerli vaxtla 16:05-də baş verib.

Yeraltı təkanın dərinliyi 10 km təşkil edib.

***

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Şamaxı rayonunda 3.2 bal gücündə daha bir zəlzələ qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.