Qaynar xətt:

(+99450) 247 90 86

Yevlaxda kafedə YANĞIN  

Yevlaxda kafedə YANĞIN  

CƏMİYYƏT

62

24.02.2026, 19:59

Yevlaxda kafe yanıb, bir nəfər xəsarət alıb.

Bu barədə Oxu24.com-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Aran qəsəbəsində ümumi sahəsi 230 m² olan kafenin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1

nəfər yanıq xəsarəti alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.