Bakının bu ərazilərində işıq KƏSİLƏCƏK
26 İyul 2026, 22:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
871
20.02.2026, 23:12
Qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək. Bu, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, aprelin 1-dən qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq olunacaq.
Oxu24.com xəbər verir ki bu barədə hüquqşünas Şamil Paşayev Demokrat.az-a açıqlama verib. O deyib ki, “Fərdi məlumatlarda istifadənin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsində müvafiq müddəalar mövcuddur:
“Qanunvericiliyə əsasən, 1 aprel 2026-cı ildən etibarən qadağan edilmiş yerlərdə küçələrdə və digər ictimai məkanlarda elektron siqaret çəkən şəxslər 30 manat məbləğində cərimə ediləcəklər. Bu cür inzibati tənbehlər aidiyyəti qaydada polis orqanları tərəfindən tətbiq olunur və cərimələrin icrası da həmin qurumlar tərəfindən həyata keçirilir. Ümumiyyətlə, indiyədək də İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, fərdi məlumatların qanunsuz istifadəsi, küçəyə siqaret atılması və digər oxşar inzibati xətalarla bağlı polis tərəfindən cərimələr tətbiq olunurdu. Hazırda da eyni mexanizm qüvvədə olacaq. 30 manat məbləğində cərimənin çəkindirici təsiri məsələsinə gəldikdə isə, bu məbləğin müəyyən dərəcədə təsirli olduğu qənaətindəyəm. Cərimənin məqsədi onun məbləğini artırmaqla daha sərt tədbir tətbiq etmək deyil”.
O bildirib ki, inzibati tənbehin mahiyyəti şəxsi bütün maddi imkanlarından məhrum etmək deyil, onu qaydalara əməl etməyə təşviq etməkdir:
“Azərbaycan reallığında 30 manat minimum əməkhaqqının təxminən 8-9 faizinə bərabərdir və bu baxımdan kifayət qədər adekvat məbləğ hesab oluna bilər. Bununla yanaşı, vətəndaşların hüquq şüurunun və hüquq mədəniyyətinin yüksəldilməsi istiqamətində maarifləndirici tədbirlərin aparılması daha vacibdir. İnzibati tənbehin əsas məqsədi şəxsi qanunlara əməl etmə ruhunda tərbiyələndirmək, həmçinin həm inzibati xəta törətmiş şəxsin, həm də digər şəxslərin gələcəkdə yeni inzibati xətalar törətməsinin qarşısını almaqdır. Cərimələrin məbləğinin artırılması və ya məsuliyyətin ağırlaşdırılması isə hər zaman bu məqsədlərə xidmət etmir”.
Qeyd edək ki, "Tütün və tütün məmulatı haqqında" qanuna edilən dəyişikliyə əsasən, aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilir.
22:47 / 26 İyul 2026
1
22:27 / 26 İyul 2026
19
22:06 / 26 İyul 2026
51
20:35 / 26 İyul 2026
52
20:15 / 26 İyul 2026
74
19:42 / 26 İyul 2026
77
19:09 / 26 İyul 2026
80
19:09 / 26 İyul 2026
90
18:54 / 26 İyul 2026
103
18:53 / 26 İyul 2026
107
18:05 / 26 İyul 2026
101
13:40 / 26 İyul 2026
155
13:25 / 26 İyul 2026
144
12:55 / 26 İyul 2026
219
12:35 / 26 İyul 2026
170
12:30 / 26 İyul 2026
317
12:23 / 26 İyul 2026
1165
12:15 / 26 İyul 2026
149
12:00 / 26 İyul 2026
118
11:35 / 26 İyul 2026
809
11:30 / 26 İyul 2026
158
11:21 / 26 İyul 2026
213
11:13 / 26 İyul 2026
143
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.