Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda məşhur istirahət mərkəzi yandı - VİDEO 

news/2025_05_05/yanginh_1746425218.jpg

CƏMİYYƏT

121

07.02.2026, 23:50

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Diyallı kəndi ərazisində yerləşən istirahət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Oxu24.com  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində istirahət mərkəzinin ərzisində ümumi sahəsi 500kv.m olan və hazırda təmir işləri aparılan saunada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində saunanın yanar konstruksiyaları 100kv.m sahədə yanıb.

Saunanın böyük hissəsi və ətrafdakı tikililər yanğından mühafizə olunub.