Maliyyə Nazirliyinin Kollegiyası qərar qəbul edib
02 Oktyabr 2026, 10:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2978
07.02.2026, 20:20
Mədəni sərvətlərin qorunması üzrə tələblərin pozulmasına görə 30 min manatadək cərimə tətbiq ediləcək.
Oxu24.com xəbər verir ki, İnzibati Xətalar Məcəlləsində bununla bağlı dəyişikliklər fevralın 1-dən qüvvəyə minib.
Belə ki, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlerinin Azərbaycan Respublikasının ərazisindən qanunsuz aparılmasına görə fiziki şəxslər 3 min manat məbləğində, vəzifəli şəxslər 6 min manat məbləğində, hüquqi şəxslər 20 min manat məbləğində cərimə ediləcək.
Bu əməllərin törədilməsi nəticəsində mədəni sərvətlərin korlanmasına görə, bu az miqdarda ("az miqdarda" dedikdə, 3 min manatdan yuxarı olmayan məbləğ başa düşülür) ziyan vurduqda fiziki şəxslər 5 min manat məbləğində, vəzifəli şəxslər 10 min manat məbləğində, hüquqi şəxslər 30 min manat məbləğində cərimə ediləcək.
Həmçinin, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsinə, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılmasına görə fiziki şəxslər 3 min manat məbləğində, vəzifəli şəxslər 6 min manat məbləğində, hüquqi şəxslər 20 min manat məbləğində cərimə ediləcək.
Bununla yanaşı, Mədəni və təbii irsin, o cümlədən "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Qanuna uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə fiziki şəxslər 700 manat məbləğində, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 3 min manat məbləğində cərimə ediləcək.
Bu əməllərin törədilməsi nəticəsində mədəni sərvətlərin korlanmasına görə, bu az miqdarda ("az miqdarda" dedikdə 3 min manatdan yuxarı olmayan məbləğ başa düşülür) ziyan vurduqda fiziki şəxslər 5 min manat məbləğində, vəzifəli şəxslər 10 min manat məbləğində, hüquqi şəxslər 30 min manat məbləğində cərimə ediləcək.
Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 1000 manat məbləğində, vəzifəli şəxslər 1 500 manat məbləğində, hüquqi şəxslər 6 min manatməbləğində cərimə ediləcək.
Bundan əlavə, inşaat və digər təsərrüfat işləri görülərkən tarix və ya mədəniyyət abidəsi aşkar edildikdə dərhal işləri dayandıraraq, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməməsinə, habelə dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələrin dövlətə təhvil verilməməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 3 min manat məbləğində cərimə ediləcək.
10:05 / 02 Oktyabr 2026
1
09:59 / 02 Oktyabr 2026
21
09:53 / 02 Oktyabr 2026
125
09:51 / 02 Oktyabr 2026
34
09:46 / 02 Oktyabr 2026
33
09:42 / 02 Oktyabr 2026
45
09:41 / 02 Oktyabr 2026
43
09:39 / 02 Oktyabr 2026
45
09:33 / 02 Oktyabr 2026
45
09:29 / 02 Oktyabr 2026
114
09:18 / 02 Oktyabr 2026
51
09:14 / 02 Oktyabr 2026
231
09:12 / 02 Oktyabr 2026
53
09:00 / 02 Oktyabr 2026
57
08:59 / 02 Oktyabr 2026
53
08:24 / 02 Oktyabr 2026
284
08:23 / 02 Oktyabr 2026
80
08:21 / 02 Oktyabr 2026
79
02:00 / 02 Oktyabr 2026
107
00:03 / 02 Oktyabr 2026
373
23:54 / 01 Oktyabr 2026
107
23:41 / 01 Oktyabr 2026
166
23:12 / 01 Oktyabr 2026
168
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.