Yeni prorektor KİMDİR?
02 Oktyabr 2026, 09:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1088
08.02.2026, 01:38
Ukraynada müharibənin başa çatması halında Rusiyadan NATO-nun şərq cinahına yönələn təhlükə arta bilər.
Oxu24.com xəbər verir ki, bu barədə Münhen Təhlükəsizlik Konfransının icraçı sədri Volfqanq İşinger “Tagesspiegel” nəşrinə müsahibəsində bildirib.
İşingerin sözlərinə görə, hazırda Ukrayna Avropanı qoruduğu üçün təhlükə bu qədər kəskin hiss olunmur.
“Ukrayna Avropanı müdafiə etdiyi müddətdə təhlükə bu səviyyədə deyil”, – deyə o vurğulayıb.
İşinger əlavə edib ki, hazırda Rusiya bütün diqqətini Ukraynaya qarşı hərbi əməliyyatlara yönəldib və bu döyüşlərdə hər həftə minlərlə əsgər itirir. Onun sözlərinə görə, Ukraynada atəşkəs əldə edilən kimi vəziyyət dəyişəcək.
“Bu halda Vladimir Putin dinc şəraitdə yenidən silahlanmanı davam etdirə biləcək və NATO-nun şərq cinahında yerləşən ölkələr üçün təhlükə artacaq”, – deyə İşinger bildirib.
O qeyd edib ki, mümkün atəşkəs Almaniya üçün də təhlükəni artıracaq. İşingerin fikrincə, gələcək atəşkəs Rusiyanın qərb hissəsində hərbi mövcudluğun ciddi şəkildə azaldılması ilə müşayiət olunmalıdır. Lakin o, Moskvanın bununla razılaşmasının çətin olduğunu düşünür.
Bununla yanaşı, İşinger vurğulayıb ki, Ukraynadakı müharibə mümkün qədər tez başa çatdırılmalıdır. Onun sözlərinə görə, atəşkəsin nəticəsi Almaniya və Avropanın taleyi məsələsidir.Globalinfo.az
09:59 / 02 Oktyabr 2026
1
09:53 / 02 Oktyabr 2026
42
09:51 / 02 Oktyabr 2026
21
09:46 / 02 Oktyabr 2026
29
09:42 / 02 Oktyabr 2026
37
09:41 / 02 Oktyabr 2026
37
09:39 / 02 Oktyabr 2026
38
09:33 / 02 Oktyabr 2026
43
09:29 / 02 Oktyabr 2026
108
09:18 / 02 Oktyabr 2026
49
09:14 / 02 Oktyabr 2026
217
09:12 / 02 Oktyabr 2026
52
09:00 / 02 Oktyabr 2026
55
08:59 / 02 Oktyabr 2026
53
08:24 / 02 Oktyabr 2026
265
08:23 / 02 Oktyabr 2026
79
08:21 / 02 Oktyabr 2026
78
02:00 / 02 Oktyabr 2026
107
00:03 / 02 Oktyabr 2026
367
23:54 / 01 Oktyabr 2026
107
23:41 / 01 Oktyabr 2026
165
23:12 / 01 Oktyabr 2026
168
23:00 / 01 Oktyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.