ABŞ Avropada qoşun sayını azaldır - Tramp açıqladı
01 May 2026, 01:27
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
735
07.02.2026, 18:12
Türk dünyasının tanınmış ziyalılarından, yazıçı və tərcüməçi, Azərbaycanın səmimi dostu və fədakar simpatizanı Babaxan Şərif dünyasını dəyişib.
Oxu24.com xəbər verir ki, onun vəfatı təkcə Özbəkistan üçün deyil, bütün türk dünyası üçün ağır itkidir.
Babaxan Şərif Özbəkistanda doğulsa da, düşüncəsi, fəaliyyəti və mənəvi bağlılığı ilə bütün türk dünyasının övladı idi. Türk xalqları arasında mədəni körpülərin qurulması, ədəbi və mənəvi yaxınlığın güclənməsi onun həyat missiyasına çevrilmişdi. O, Azərbaycanı sevən, bu ölkənin dərdi və sevinci ilə yaşayan ziyalılardan biri kimi tanınırdı.
Onu yaxından tanıyanların yazdıqları xatirələr Babaxan Şərifin necə saf, mərhəmətli və nəcib bir insan olduğunu bir daha göstərir. Yaxın çevrəsinin sözlərinə görə, yaxşı insanların ölümü insanı həyata bir müddətlik küsdürür, zaman sanki dayanır. Babaxan Şərif də məhz belə insanlardan idi – varlığı ilə sakitlik və etibar yaradan, sözü ilə könüllərə yol tapan bir ziyalı.
Onun ailəsi ilə qurduğu isti münasibətlər, dostlarına göstərdiyi ata qayğısı, həyat yoldaşı və yaxınları ilə formalaşdırdığı ziyalı və ahəngdar ailə mühiti onu tanıyan hər kəs üçün örnək idi. Yaxınlarının söylədiyi kimi, Babaxan Şərifdən öyrəniləcək çox şey vardı – insanlıq, sədaqət, təvazökarlıq və türk kimliyinə sədaqət.
Həmçinin oxuyun
Babaxan Şərifin vəfatı xüsusilə həyat yoldaşı Rəziyyə xanım və ailəsi üçün dərin bir dərddir. Bu itki ilə bir ev deyil, bir ziyalı ocağı kədərə bürünüb.
Mərhum Babaxan Şərifə Allahdan rəhmət, ailəsinə, yaxınlarına və bütün türk dünyasına səbir və başsağlığı veririk.musavat
01:27 / 01 May 2026
130
23:57 / 30 Aprel 2026
61
23:43 / 30 Aprel 2026
72
23:23 / 30 Aprel 2026
146
23:11 / 30 Aprel 2026
129
22:49 / 30 Aprel 2026
74
22:39 / 30 Aprel 2026
78
22:19 / 30 Aprel 2026
89
22:03 / 30 Aprel 2026
113
21:50 / 30 Aprel 2026
77
21:40 / 30 Aprel 2026
103
21:30 / 30 Aprel 2026
73
21:16 / 30 Aprel 2026
251
20:53 / 30 Aprel 2026
83
20:48 / 30 Aprel 2026
87
20:47 / 30 Aprel 2026
244
20:36 / 30 Aprel 2026
81
20:24 / 30 Aprel 2026
252
20:08 / 30 Aprel 2026
83
20:02 / 30 Aprel 2026
247
19:51 / 30 Aprel 2026
89
19:40 / 30 Aprel 2026
268
19:30 / 30 Aprel 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.