Qaynar xətt:

(+99450) 247 90 86

Nazir əmr imzaladı - XİN-də yüksək vəzifəyə YENİ TƏYİNAT 

Nazir əmr imzaladı - XİN-də yüksək vəzifəyə YENİ TƏYİNAT 

CƏMİYYƏT

2467

07.02.2026, 19:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Xarici İşlər Nazirliyində yüksək vəzifəyə yeni təyinat olub. 

 

Oxu24.com  bildirir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Məmməd Talıbov XİN-in Avropa İdarəsinin rəisi təyin edilib. 

 

O, artıq vəzifəsinin icrasına başlayıb.

 

İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi daşıyan Məmməd Afiq oğlu Talıbov 2019-cu ildə Azərbaycanın Meksikadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdu.

 

O, 2025-ci il oktyabrın 27-də geri çağırılıb.(mənbə: Yenisabah)